Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan Ordusu üçün yeni Təlim-Tədris Mərkəzi yaradıldı


Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu üçün yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib


APA-nın verdiyi məlumata görə, mərkəzin açılışında Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov və müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev iştirak ediblər.

Tədbirdə çıxış edən Vasif Talıbov hərbi hissənin yaradılmasının 22-ci ildönümünün Əlahiddə Ümumqoşun Ordusu üçün Kəngərli rayonunda yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi ilə qeyd edildiyini bildirib.

General-leytenant Kərəm Mustafayev bildirib ki, ordu quruculuğu prosesi muxtar respublikada da sürətlə davam etdirilir. Son illər hərbi hissələrdə xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb, maddi-texniki baza tələb olunan səviyyədə möhkəmləndirilib. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji səviyyəsinin yüksəlməsinə səbəb olub.

Üç mərtəbədən ibarət olan binada Heydər Əliyev muzeyi, kitabxana, iclas zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, mühəndis hazırlığı və kəşfiyyat hazırlığı sinifləri, kütləvi qırğın silahlarından müdafiə sinfi, atəş hazırlığı, maket və topoqrafiya, komplektləşdirmə, komandir hazırlığı və digər sinif otaqları var.

Trenajorlar sinfində tank və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 7 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə tank əleyhinə idarə olunan raket qurğularından istifadə qaydaları, zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması üzrə təlimlərin keçirilməsi praktik olaraq öyrədiləcək. Artilleriyanın simulyasiya sinfində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə dərslərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb.

Sonra V. Talıbov xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar