Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Navalnını dəstəkləyən Yekatrinburq meri istefa verdi

“Birbaşa seçkilərin ləğvi demokratiyaya zərbədir”


Rusiyanın dördüncü böyük şəhəri olan Yekaterinburqun meri Yevgeni Royzman istefa verdiyini açıqlayıb. O, merin birbaşa seçilməsinin ləğvinə etiraz olaraq belə bir addım atıb.

“Şəhər sakinləri tərəfindən seçildiyim üçün onların maraqlarını müdafiə edirəm. Elə bir duruma salınmışıq ki, başqa birisinin qərarını qanuniləşdirməliyik. Belə bir şəraitdə bunda iştirak etməyəcəyəm. Bugünkü toplantı bitib. Sizə buna qatılmaq istəmədiyimi elan edir və istefa verirəm”, – Royzman mayın 22-də şəhər şurasının iclasında deyib.

O, həmin açıqlamadan öncə şəhər merinin seçilməsinin ləğvi ilə bağlı şəhərin xartiyasına dəyişikliklər edilməsini toplantının gündəliyinə salmaqdan imtina edib. Aprelin 3-də Sverdlovsk regionunun deputatları qanun layihəsi qəbul ediblər. Sənədə görə, regionun paytaxtı olan Yekaterinburgun merini şəhər şurası seçəcək. Namizədlərin siyahısını isə komissiya hazırlayacaq. Bu addım Royzmanın və şəhər sakinlərinin etirazına səbəb olub. Royzman regionun qubernatoru Yevgeni Kuvaşevin təqdim etdiyi bu qanunvericiliyi pisləyib. O deyib ki, birbaşa seçkilərin ləğvi demokratiyaya zərbə olar, şəhərin maraqlarına ziyan vurar. Onun fikrincə, Kremlə sadiq yerli hakimiyyət bu sənəddən yararlanaraq üzüyola mer “təyin edəcək”.

Tənqidçilərin sözlərinə görə, prezident Vladimir Putin 18 illik hakimiyyəti dövründə Kremlin seçki siyasəti üzərində nəzarətini gücləndirib. Royzman Putini açıq tənqid edən, müxalifət lideri Aleksey Navalnını dəstəkləyən azsaylı yerli rəsmilərdəndir. Ancaq onun vəzifəsi daha çox protokol xarakterlidir, Yekaterinburda icraedici səlahiyyətin çoxu şəhər administrasiyasının rəhbəri Aleksandr Yakoba məxsusdur. (Azadlıq Radiosu)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar