Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: “Dağlıq Qarabağ ərazilərini qaytarmağın zamanı gəlib”


Politoloq: “Azərbaycan bu vəziyyətdən istifadə edərək güclənmiş texnika və ordusu ilə Dağlıq Qarabağ ətrafındakı ən azı 5 rayonu çox rahatlıqla azad edə bilər”


“Putinə yaxın insanların işğaldan azad olunmuş Cocuq Mərcanlıda konfransa qatılması Ermənistanın yeni rəhbərliyinə mesaj xarakteri daşıyır”.

Bu sözləri Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri dünən Rusiya deputatları və Kremlin yürütdüyü geostrateji siyasətin aparıcı simalarının işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində konfransda iştirak etməklərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Rusiya deputatları və Kremlin yürütdüyü geostrateji siyasətin aparıcı simaları 2016-cı ildə işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adlı konfransda iştirak ediblər. Konfrans başa çatdıqdan sonra Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev, ictimai xadim Maksim Şevçenko və məşhur hərbi ekspert İqor Korotçenko Lələtəpə strateji yüksəkliyinə qalxdılar.

Konfrans iştirakçıları bu mövqelərdə xidmət göstərən Azərbaycan SQ şəxsi heyəti ilə görüşüblər, hərbi növbətçilik şəraiti ilə tanış olublar, həmçinin hərbçilərin kazarmalarında olublar. Görüşün sonunda rusiyalı deputatlar və ictimai xadimlər azərbaycanlı əsgərlərə uğurlu xidmət arzulayıblar.

Azərbaycanın işğaldan azad olunmuş ərazisində Putinə yaxın olan şəxslərin belə bir konfransa qatılmasının əhəmiyyəti barədə nə demək olar? Həmçinin birdən-birə bu konfransın keçirilməsi Rusiya üçün hansı zərurətdən yarandı və bu konfrans Ermənistana hansısa mesaj rolunu oynayırmı?   
   
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Image result for natiq miri

Natiq Miri: “Hər bir halda Azərbaycan bu cür aldadıcı mövqelərə inanıb yenidən 10 illər gözləməli deyil”.


Putinə yaxın insanların işğaldan azad olunmuş Cocuq Mərcanlıda konfransa qatılmalarını müsbət tendensiya kimi qiymətləndirən politoloq Natiq Miri eyni zamanda vurğulayıb ki, Azərbaycan mediyası bundan uzağa gedən nəticələr çıxarmamalıdır. Biz özümüzü aldatmamalıyıq:

“Hər bir halda Putinə yaxın insanların işğaldan azad olunmuş Cocuq Mərcanlıda konfransa qatılması müsbət tendensiyadır. Amma Azərbaycan mediyası bundan uzağa gedən nəticələr çıxarmamalıdır. Biz özümüzü aldatmalıyıq. 

Bildiyimiz kimi bu gün Azərbaycanda, bütövlükdə regionda elə bir həssas gesiyasi mühid mövcuddur ki, Azərbaycan bu vəziyyətdən istifadə edərək güclənmiş texnika və ordusu ilə Dağlıq Qarabağ ətrafındakı ən azı 5 rayonu çox rahatlıqla azad edə bilər. Əsk təqdirdə Azərbaycanın sahib olduğu müasir silahlar sadəcə dəmir parçasından başqa bir işə yaramayacaq. 

Hesab edirəm ki, Azərbaycan ictimaiyyətini də bu yöndə aldatmağa ehtiyac yoxdur. Konkret qətiyyətli qərarlar verilməlidir ki, bunun üçün həm regionda, həm də qlobal səviyyədə mühid var. Həmçinin Azərbaycan ordusu Ermənistan ordusundan dəfələrlə güclüdür. Psixoloji baxımdan da Azərbaycan güclüdür. Bu baxımdan da düşünürəm ki, Dağlıq Qarabağ ərazilərini qaytarmağın zamanı gəlib. Bu konfranslarda iştiraklardan daha çox qətiyyətli siyasi qərarlar vermək zamanı gəlib ki, Azərbaycan əsgəri artıq hərəkətə keçsin. Əks təqdirdə bu baş aldatmaqdan başqa bir işə yaramayacaq. 

Natiq Miri: “Konkret qətiyyətli qərarlar verilməlidir ki, bunun üçün həm regionda, həm də qlobal səviyyədə mühid var”.


Putinə yaxın insanların işğaldan azad olunmuş Cocuq Mərcanlıda konfransa qatılması Ermənistanın yeni rəhbərliyinə mesaj xarakteri daşıyır. Bildiyimiz kimi Rusiya rəhbərliyi yeni Ermənistan hökumətini, yəni Paşinyan hökumətini o qədər də sevmir. Çünki Paşinyan hakimiyyətə gələn kimi Rusiyanın da adamı daxil, keçmiş prezident Sərkisyanın məmurları və oliqarxlarına korrupsiya adı altında həbslər və istintaqlar aparmaqdadır. Bu baxımdan təbii ki, Rusiya müəyyən mənada Ermənistana mesaj verir ki, yeni Ermənistan hökuməti özünü yığışdırsın.

Onu da qeyd edim ki, bu cür hadisələrin yaşanması təbii ki, müəyyən mənada Azərbaycanın da mövqeyinə uyğun bir davranışdır. Amma bir daha vurğulayım ki, hər bir halda Azərbaycan bu cür aldadıcı mövqelərə inanıb yenidən 10 illər gözləməli deyil”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar