Xəbər xətti

24 YANVAR

13:35 Azərbaycan yollarında nə qədər radar və kamera quraşdırılıb?

13:31 “Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır” - Komitə sədri

13:29 Sürüşmə ilə bağlı Səbail RİH-də Xüsusı Qərargah yaradıldı

13:27 Jurnalist Nicat Məlikov Ağsu rayonunda dəfn ediləcək

13:23 Xəbərdarlıq: Hava kəskin pisləşəcək, qar yağacaq

13:19 İlham Əliyev Şevçoviçlə TANAP-ı müzakirə edib

13:15 Əbüdfəz Məlikov xaricdəki pullarını qarantiya altına alıb?

13:11 2017-ci ilin dəhşətli yol qəzası statistikası: 750 ölü, 1719 yaralı

13:07 Varisin yeni kitabı çıxdı

13:03 Kobra yolu kəsdi, tıxac yarandı - Video

12:59 Təhsil Nazirliyi yeni təklif hazırladı - Summativlərin ləğvi ilə bağlı

12:56 Bakıda taksi sürücülərinin qənimləri ələ keçdi

12:52 Rusiyada yol qəzasında həlak olan azərbaycanlı jurnalist şəhid qızı idi

12:48 Avropa Birliyi 8 vergi cənnətini “qara siyahı”dan çıxardı

12:44 Gəncədə kütləvi dava-dalaş: 3 nəfər bıçaqlandı, 5 nəfər tutuldu

12:42 Bir ton xəstə at əti tutuldu - Bakıda satılacaqdı

12:40 Elvin Məmişzadə: “Mənə qarşı edilənləri açıqlasam, aləm bir-birinə dəyər”

12:36 “Sürücülərlə mübahisə etməyin” - Nazirdən yol polislərinə xəbərdarlıq

12:32 “Roma” heyətinə 3-cü türk futbolçunu qatmaq istəyir

12:30 Azərbaycandakı Rusiya dövlət bankı kapitalını rekord həcmdə artırır

12:28 Fazil Məmmədovun yaxınları istintaqa cəlb olunub - Həbs oluna bilərlər

12:24 Ötən il Azərbaycanda 3424 uşaq zorakılıqla üzləşib

12:22 İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

12:18 Əməkdar artistin boşanan oğlu: “5 dəfə evlənə bilərəm”

12:17 “Bugünkü gənclik kommunikasiyadan asılıdır” - Psixoloq

12:14 Kərəm Həsənovun çörək sexi bağlandı - Rəsmi

12:10 İlin ilk Ay tutulması baş verəcək

12:06 İddialı serialın gələn həftə son bölümü yayımlanacaq

12:02 Səudiyyə Ərəbistanı neftdən imtina edir

11:58 11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb - Ramiz Zeynalov

11:55 NASA-dan gözlənilməz qərar

11:51 Qırğızıstana anomal soyuqlar gəlir - Temperatur -45-ə düşəcək

11:47 Azərbaycandan böyük pullar aparan əcnəbi müğənnilər vergiyə cəlb olunurmu?

11:43 Kriptovalyuta bazarında yeni qiymətlər

11:39 İllərin küsülülüyü bitdi? - Aygünlə Natavan yan-yana

11:35 Rusiyada azərbaycanlı jurnalist yol qəzasında vəfat edib

11:31 “Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdır” -Rəşad Sadıqov

11:27 İlham Əliyev Davosda “IBM” şirkətinin baş icraçı direktoru ilə görüşüb

11:23 Polis bakıda əməliyyat keçirdi - Külli miqdarda narkotik ələ keçirildi

11:19 Jurnalist niyə vəfat edib? - Polisdən fərqli səbəb

11:15 Keçmiş arvadını boğaraq öldürdü - Bakıda

11:11 Səməd Seyidov: “AŞPA-nın yeni Prezidentindən gözləntilərimiz...”

11:08 Dövlətin problemli kreditləri ödəməsi mümkündür?

11:07 Sarkisyan Fransada İranın Qarabağ mövqeyindən danışdı

11:03 ATƏT təmas xəttində monitorinq keçirəcək

10:59 “Oskar”ın nominantları bəlli oldu

10:56 Qış tətili başlayır, şagirdlər necə istirahət etməlidir?

10:52 Nəhəng şirkətlərin qatıldığı Davos Forumu haqda bilmədiklərimiz

10:50 Prezidentin köməkçisi müdafiə naziri ilə birlikdə cəbhə bölgəsində - Fotolar

10:48 Daha 4 şirkət Azərbaycandan gedir

10:44 Azərbaycanlı professor yazıçıların beynəlxalq forumunda

10:43 “Bu siyasi gedişat Serj Sarkisyana sərf edir” - Politoloq

10:40 Fransa prezidenti Azərbaycanı və Ermənistanı güzəştlərə çağırdı

10:36 Amerikalı yazıçı öldü

10:32 Bakının bu rayonunda su olmayacaq

10:28 Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

10:24 “Hiss edirdim ki, Qurbanov mənimlə yeni müqavilə istəmir” - Ndlovu

10:22 ​İrəvan teatrının ilk tamaşası anşlaqla keçib

10:20 “Bakı Ekspo 2025” Davosda təqdim edildi - Fotolar

10:16 Azərbaycan nefti bahalaşdı

10:12 Bakıda iki məktəbin ətrafında piyadaların təhlükəsizliyi araşdırılıb

10:08 İranda “daxildə satqın” axtarışı başladı - ilginc gəlişmələr

10:06 Putin və Ərdoğan arasında telefon danışığı olub

10:04 AŞ PA-nın yeni prezidenti siyasətçiləri “qaraladı” - Bakıdan reaksiyalar

10:00 Dollar və manatın bugünkü məzənnəsi

9:57 Məşhur İvonna nənə vəfat etdi

9:54 Qənirə Paşayeva: “O fikirdən məni anam daşındırdı”

9:50 Neft ucuzlaşıb

9:47 Seçki ərəfəsi sabitlik, yoxsa qarışıqlıq olacaq?

9:43 Cəbhədən yeni xəbər

9:40 Bakıda sexdə partlayış: işçilərdən biri ayağını itirib

9:37 ““Qara bazar” elə sürətlə inkişaf edib ki...” - Vahid Əhmədov

9:34 Moskvadan İrəvana seçki “sürpriz”i, Bakıya yeni silahlar...

9:30 “Alpinistlərdən heç bir iz yoxdur” - Ziya Qasımlı

9:27 ATƏT, AŞ PA rəhbərliyi italyanlara, BMT TŞ sədrliyi qazaxlara keçdi - Qarabağı nə gözləyir?

9:23 Senat FES-in yeni rəhbərini təsdiqlədi

9:20 İsrailin baş naziri Davosda Azərbaycan Prezidenti ilə görüşəcək

9:17 Alpinistlərin itkin düşməsindən 1 ay ötdü

9:14 Polad Bülbüloğlunun ermənilərlə bağlı mövqeyi kəskin etiraz doğurdu

9:10 Baş nazir qaydalara dəyişiklik etdi

9:07 Prezident Davos Forumunda nələrdən danışdı? - Tam mətn

9:03 “Şapka Mamed”in örtülü bazarı - Təfərrüatlar

9:00 İşıqpulu ödəməkdə problem yaranıb

0:59 Obamanın qızı sevgilisi ilə belə görüntüləndi - Fotolar

0:47 İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib

0:23 Van Dammdan Tolqahana film təklifi

0:11 “Bitcoin” 5 səbəbdən “çökə” bilər

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 YANVAR

23:59 Prezidentin Davosda görüşləri davam edir

23:53 Azərbaycan neftinin bareli 71 dollara satılır

23:47 Bakı-İstanbul aviareysində texniki problem yaranıb

23:41 Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

23:35 AŞPA-da Dilqəmlə Şahbazın azadlığa buraxılması məsələsi qaldırıldı

23:29 “Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq” - ABŞ-dan Türkiyəyə təklif

23:22 Tanınmış jurnalist vəfat etdi - yenə ürəktutma...

23:15 “KXDR ABŞ-a nüvə zərbəsi endirməyə hazırlaşır!” - MKİ başçısı

23:09 67 yaşlı Ağsu sakini özünü asaraq intihar edib

23:02 “PYD/YPG Afrine doğru hərəkət edəcəyi təqdirdə...” – Pentaqon

22:56 Müffəttişlər avtobusları saxladı, sərnişinlər yolda qaldı - Video

22:50 Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - Video

22:43 Prezident İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

22:35 Ərdoğanla Tramp arasında telefon danışığı olacaq

22:28 “Neft hasilatının azaldılmasına dair saziş...” - İlham Əliyev

22:21 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

22:14 İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

22:07 Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

22:00 Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

21:55 Prezident: “Öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk“

21:49 Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

21:42 Afrində keçirilən əməliyyatlar niyə “Zeytun budağı” adlanır?

21:35 2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

21:28 Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

21:20 Maskerano “Barselona”dan ayrıldı - Rəsmi

21:13 BP prezidenti neftin qiyməti barədə

21:06 “İŞİD-ə qarşı mübarizə başa çatdı…” - ABŞ generalı

20:58 Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb

20:50 İlham Əliyev Rusiya ilə yeni hərbi müqavilə üzərində iş getdiyini açıqladı

20:43 Almaniyada kiçik təyyarə ilə helikopter toqquşdu - 4 ölü

20:36 Azərbaycandan Avropaya uçuşlar təxirə salınıb? - Açıqlama

20:29 Rəşad Sadıqovun komandası Gürcüstana qarşı



MÜSAHİBƏ

...

Natiq Miri: “Cənubi Azərbaycan türkləri İranda siyasi alət olmaq istəmədilər” – Müsahibə

Tarix 10.01.18, 11:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri: “İrandakı son etiraz hadisələrini təkcə İran daxili proseslərlə qiymətləndirmək doğru deyil. Bu etirazları regionda gedən proseslər və bu proseslərə müdaxilə edən dünya güclərinin geosiyasi maraqları konteksində dəyərləndirmək lazımdır”


“Əgər etirazlar daha da böyüsəydi, bu zaman yüz minlik inqilab mühafizə ordusu küçələrə enəcəkdi”.

Bu fikirləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri İranda baş verən kütləvi iğtişaşların daxili və xarici səbəblərini  PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi 2017-ci il dekabrın 28-dən İranda etirazlar başladı. Baş verən etirazlar ilk mərhələdə ölkənin mühafizəkar şəhərlərində keçirilməyə başladı. İlk günlərdə küçələrə çıxanların iqtisadi sıxıntıları daha çox hiss edən işçi və daha aşağı sinifdən olan insanlar olduğu bildirilirdi. Lakin bir neçə gün ərzində etirazların fərqli şəhərlərə yayılmasıyla orta sinifin də dəstəyini almağa başladığı göründü. Məşhəd şəhərində yüksək inflyasiyaya etiraz etmək üçün küçələrə çıxan nümayişçilərlə başlayan etiraz aksiyaları ölkənin mühüm hissəsinə yayıldı. Bundan başqa, şiələr tərəfindən müqəddəs qəbul edilən Qum şəhərində də minlərlə insan küçələrə çıxdı. Kirmanşah, Dorud, Nəcəfabad və İsfahan fars vilayətlərində də nümayişlərin keçirildiyi şəhərlər arasında yer aldı.

İran prezidenti Xameneyi 2017-ci ilin sonlarında baş verən etirazlarda birbaşa “xarici qüvvələri” ittiham etdi. Xameneyi mövzu ilə bağlı verdiyi ilk yazılı açıqlamada “Son günlərdə İranın düşmənləri, İslam Respublikasında problemlər yaratmaq üçün aralarında pul, silahlar, siyasət və kəşfiyyat orqanlarının da olduğu fərqli vasitələrdən istifadə etdilər” dedi.

ABŞ Dövlət Departamenti isə İranda baş qaldıran etirazları yaxından izlədiyini deyərək, ölüm hallarını və minədək iranlının həbsini qınadığını bildirdi. “Nümayişçilərə qarşı zorakılıq törədənlər, xalqa senzuta tətbiq edənlər, xalqın pulunu oğurlayanlar məsuliyyətə cəlb edilməlidir. Biz İran rejiminin qurbanlarına üz tutaraq deyirik: Siz unudulmayacaqsınız” , ABŞ Dövlət Departamentinin bəyanatında deyilirdi.

Rəsmi məlumatlara görə, İranda aksiyalar zamanı çıxan toqquşmalar nəticəsində polislər də daxil olmaqla ən azı 20 adam ölüb, 450-dən çox insan saxlanılıb. İranın Təhlükəsizlik Nazirliyi məlumat yayaraq bildirdi ki, son hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılarından bəziləri müəyyən edilib və həbs olunub.

Natiq Miri: “İran xalqının etdiyi tələblər bilavasitə hansı güc mərkəzlərinin siyasi maraqlarının olub-olmamasına bağlı olmadan, mütləq mənada yerinə yetirilməlidir”.


Bu mövzu ilə bağlı PİA.AZ politoloq Natiq Miri ilə olan  müsahibəni  təqdim edir:

- Natiq müəllim, İranda kütləvi iğtişaşlar zaman-zaman olub və bu iğtişaşlar nə İran rejimi tərəfindən, nə də Qərb dövlətləri tərəfindən heç də indiki qədər ciddiyə alınmayıb. Ötən ilin sonunda baş verən iğtişaşlar hansı səbəbdən bu qədər ciddiyə alınır və bunu iğtişaşların əsasən fars bölgələrində baş verməsi ilə əlaqələndirmək mümkündürmü?

- İrandakı son etiraz hadisələrini təkcə İran daxili proseslərlə qiymətləndirmək doğru deyil. Bu etirazları regionda gedən proseslər və bu proseslərə müdaxilə edən dünya güclərinin geosiyasi maraqları konteksində dəyərləndirmək lazımdır. Son illər İranda regionda yayılmacı siyasəti yürüdülür və İran Yaxın Şərqin yenidən şəkillənməsində birbaşa iştirak edir. Bu da təbii ki, bir çox dünya güclərini, o cümlədən ABŞ-ı narahat edir. Bildiyimiz kimi bu gün İran həm İraqda, həm Suriyada, eyni zamanda da Yəməndə və Yaxın Şərqin bir çox bölgələrində demək olar ki, ciddi şəkildə yerləşib. Bu yayılmacı siyasət ABŞ-ın Yaxın Şərqdəki strateji tərəfdaşı, müttəfiqi olan İsraili çox ciddi şəkildə narahat etməkdədir. 

Həmçinin ABŞ  Obama dönəmindəki nüvə anlaşmasının ləğv olunması yönündə konkret fəaliyyətə başlayıb. Bütün bu faklar bilavasitə İranın regionda təsir imkanlarını azaltmağa yönəlik hadisələr kimi dəyərləndirilməlidir. Buna görə də məhz İranın daxilində olan etiraz aksiyalarına xaricidən çox ciddi şəkildə reaksiya verildi. Çünki onlar İranın daxilində olan etiraz aksiyalarından bir növ yararlanmaq istədiklərini ortaya qoydular. 

Bu gün İrana həm iqtisadi, həm siyasi, həm hərbi yöndə ciddi basqılar var. Ayrıca nüvə anlaşmasının ləğv olunması yönündə də İrana təzyiqlər olunur. Paralel olaraq da İranın daxilində bu cür etiraz aksiyalarının baş verməsi təbii ki, ABŞ və İsrail kimi dövlətlərin əlinə fürsət vermiş oldu. Onlar bu etirazlara dərhal reaksiya verərək etirazçılara ciddi şəkildə dəstək veriləcəkləri ilə bağlı vədlər verdilər. Doğrudur ABŞ bu cür vədlər verməsinə rəğmən İran cəmiyyəti tərs reaksiya verdi. Çünki İran cəmiyyəti, İran toplumu xarici müdaxilədən narahat oldu deyə, bu mənəvi, psixoloji məsuliyyəti üzərlərinə götürməmək üçün demək olar ki, əksəriyyət bu etirazlardan imtina etdi. Bu da etirazların tədricən səngiməsinə səbəb oldu. Həmçinin İran dövləti Suriya, İraq kimi sıradan bir ölkə deyil. İran oturuşmuş, min illik siyasəti olan və güclü ordusu olan bir dövlət olduğu üçün etirazçılara da ciddi şəkildə müəyyən təpkilər və güc tətbiq olundu deyə etirazlar səngidi. 

Bu etirazların fars bölgələrində başlaması ilə bağlı düşünmürəm ki, xarici faktorların ciddi fəaliyyəti olub. Çünki etirazlar İran hakimiyyəti daxilində olan çatışmamazlıqların, mübarizənin bir nəticəsi olaraq ortaya çıxmışdı. Bildiyimiz kimi bu gün islahatçı qanadın başında duran prezident Ruhanini həzm etməyən inqilab mühafizəçiləri, yəni SEPAH deyilən bir güc mərkəzi var. Ruhaninin rəhbərlik etdiyi İran höküməti ilə SEPAH arasında da çox ciddi mübarizə gedir. Bu yöndə mühfizəkarlar Ruhaniyə hər yöndən təzyiq etməyə çalışırlar. 

Natiq Miri: “Ruhaninin rəhbərlik etdiyi İran höküməti ilə SEPAH arasında da çox ciddi mübarizə gedir”.


- Bu iğtişaşların davam etməsi və bir müddət sonra İrandakı molla rejiminə qarşı ciddi xalq etirazlarının yaşana biləcəyi ehtimalı barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, fars bölgələrində, xüsusilə də dini mərkəz olan Qumdan başlanan bu cür etirazların əsas səbəbi də məhz mühafizəkarların bu işdə əlinin olması ilə əlaqədardır. Çünki etiraz aksiyaları başlananda birinci iqtisadi tələblərlə başladı və burada əsas hədəf Ruhaninin rəhbərlik etdiyi İran höküməti idi. Ancaq sonradan bu hədəflər dəyişdi. Çünki prosesə başqa güclər də qatıldı və hədəf artıq İran hökümətindən, Ruhanidən mühafizəkar qanada, xüsusilə də ali dini ruhanilərə yönəldi. 

Bu faktın özü də göstərdi ki, bu prosesin içərisinə müxtəlif siyasi güc mərkəzləri daxil olub. Amma yenə qeyd edim ki, bu məsələ çox böyük təhlükə vəd etdiyi üçün mənəvi, psixoloji məsuliyyəti heç bir güc mərkəzi və heç bir vətəndaş öz üzərinə götürmək istəmədiyi üçün etirazlar səngiməyə doğru getdi. Onu da qeyd etmək lazımdır ki, İran xalqının etdiyi tələblər bilavasitə hansı güc mərkəzlərinin siyasi maraqlarının olub-olmamasına bağlı olmadan, mütləq mənada yerinə yetirilməlidir. Bunun üçün də həm iqtisadi, həm siyasi, həm hərbi, həm də hüquqi cəhətdən İranda ciddi islahatların keçirilməsinə ehtiyac var. Prezident Ruhaninin son açıqlamaları da təxminən bu yöndədir. 

Düşünürəm ki, müəyyən şüarlarla və bu cür etirazlarla İrandakı problemləri həll etmək mümkün olmayacaq. Problemlərin həll olunması üçün və xarici müdaxilənin qarşısın almaq üçün mütləq mənada xalqın tələblərinin yerinə yetirilməsi lazımdır ki, bu da İranda müəyyən islahatlardan keçir. Əgər İranda bu cür islahatlar olacaqsa, həm xarici müdaxilənin, həm də daxildəki böyük etirazların qarşısı alınacaq. Yox əgər bunu yalnız güc vasitəsi ilə almaq istəyəcəklərsə və hakimiyyət daxilində bu qarşıdurma güclənəcəksə, bu İranın gələcək perspektivinə çox böyük kölgə salacaq. Bu da təbii ki, xarici müdaxilə üçün çox münbit şərait yaradacaq. 

Natiq Miri: “Mühafizəkar qanadı ABŞ və İsraillə iş birliyində günahlandırmaq doğru yanaşma deyil”.


- İran rejimi bir tərəfdən iğtişaşların ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən təşkil olunduğunu iddia edir, digər tərəfdən daxildə Əhmədinejat kimi mühafizəkar bir siyasətçini iğtişaşları körümləməkdə ittiham edir. Bu və ya digər şəkildə Əhmədinejat kimi mühafizəkar bir siyasətçinin ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə maraqlarının üst-üstə düşməsini ehtimal edirsiniz?

- Qətiyyən. Belə bir ehtimal yoxdur. Çünki Əhmədinejat bütün zamanlarda ABŞ və İsrail tərəfindən arzuolunmaz bir şəxsiyyət idi. Sadəcə mühafizəkar olan Əhmədinejatla islahatçı hökümət Ruhani arasında çox ciddi ziddiyyətlər var. O da qeyd edilməlidir ki, bu etirazlar öncəsində Əhmədinejat hökümətin korrupsiyaya bulaşması ilə bağlı dəfələrlə xəbərdarlıq edib və bu yöndə konkret sənədlərin olduğunu bildirmişdi. Həmçinin Əhmədinejat hökümətin bu yöndə etirafı olmayacağı təqdirdə onda olan sənədlərin cəmiyyətə təqdim olunaçağı ilə bağlı təhdidlər də etmişdi. Bunu qətiyyən diqqətdən qaçırmaq lazım deyil. 

Ayrıca etiraz aksiyalarının başladığı bölgələr də Əhmədinejatın təsiri imkanlarının böyük olduğu bölgələrdir. Bunu da gözardı etmək olmaz. Bütün bunlara görə Əhmədinejatın təhriki və yaxud dəstəyi ilə başlamış aksiyaları, bilavasitə ABŞ və İsrail xüsusi xidmət orqanları ilə əlaqələndirmək doğru deyil. Yenə qeyd edim ki, xarici müdaxilə İran daxilində baş verən etirazlardan yararlanmaq istəyi ilə bağlıdır. Buna görə düşünürəm ki, mühafizəkar qanadı ABŞ və İsraillə iş birliyində günahlandırmaq doğru yanaşma deyil. 

Natiq Miri: “Cənubi Azərbaycanda anladılar ki, bu etirazlar hakimiyyət daxili olan bir savaşın nəticəsidir”.


- Cənubi Azərbaycanın iğtişaşlara laqeyd yanaşmasının səbəbləri barədə nə deyə bilərsiniz?   

- Cənubi Azərbaycan İranda olan etirazlara kütləvi olaraq qatılmadı. Çünki Cənubi Azərbaycanda anladılar ki, bu etirazlar hakimiyyət daxili olan bir savaşın nəticəsidir. Cənubi Azərbaycan türkləri məhz bunun üçün siyasi alət olmaq istəmədilər. Düşünürəm ki, onlar çox doğru qərar qəbul etdilər. Çünki onlar anladı ki, bunun nəticəsi Cənubi Azərbaycan türkləri üçün pis nəticələr verə bilərdi. Çünki küçələrdə olan etirazlara yalnız polislər səviyyəsində kiçik miqyaslı müdaxilələr oldu. 

Əgər etirazlar daha da böyüsəydi, bu zaman yüz minlik inqilab mühafizə ordusu küçələrə enəcəkdi. Bu da böyük qırğınlara gətirib çıxara bilərdi. Həmçinin bu cür etirazlarla İran İslam dövlətini devirmək mümkün deyil. Çünki hazırda İranın çağdaş ordusu yarım milyondan çoxdur. Həm də istefada olan, yəni İran ordusundan təxris olunmuş 1 milyondan çox hərbiçilər də var ki, onlar da istənilən zaman bu etiraz aksiyalarını yatırmaq üçün küçələrə çıxa bilərlər. Buna görə də düşünürəm ki, Cənubi Azərbaycan türkləri bütün bu reallıqları hesabladıqları və hakimiyyət içi bir savaşın aləti olmamaq istəmədikləri üçün küçələrə çıxmadılar. Onu da qeyd edim ki, Azərbaycan türkləri prosesə qatılmadı deyə etiraz aksiyaları da tez səngiməyə doğru yönəldi.

Nərminə UMUDLU
pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb - Ramiz Zeynalov

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

ABŞ Suriya sərhədində ordu yaratmaqdan niyə vaz keçdi? - Ərdoğanın ultimatumuna görəmi...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru