Xəbər xətti

25 MAY

0:58 Zaxarova: “Ukrayna yeni siyasi senzura tətbiq edir”

0:46 Alpinistlər həmkarlarının öldüyü yeri ziyarət etdi

0:31 Xəzərdə tapılmış meyitlərin kimliyi məlum olub

0:27 AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb

0:13 Dünyanın ən bahalı brendi açıqlandı

0:03 Bu gün bürcünüz nələr vəd edir?

24 MAY

23:55 Gəncə sakini bıçaqlanıb

23:41 Zərərli məhsulların reklamına məhdudiyyət qoyula bilərmi?

23:38 Ərdoğandan Qarabağla bağlı addım

23:11 Məşhur repçi həbs olundu

23:03 BAXCP sədri: “KQB bəzi ziyalılarımızı agent etmişdi”

22:58 Azərbaycanda qızıl bahalaşıb

22:44 Paşinyan aclıq elan etmiş müxalifətçi ilə görüşdü

22:37 Britaniya qadın casusların sayını artırır

22:26 BP-nin rəhbəri: “Neftin qiyməti 100 dollara çatmayacaq”

22:11 “WhatsApp”da xəta

22:07 Ramazanın 9-cu gününün duası

21:52 İftardan sonra bunu çox etməyin

21:49 İngiltərə klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

21:26 ABŞ “Tomohawk”ın istehsalını dayandırır

21:25 Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu

21:13 Ağstafada yol qəzası: yaralılar var

21:04 Sərnişin təyyarəsini Rusiyanın vurduğu dəqiqləşdi

20:52 BƏƏ liderindən İlham Əliyevə məktub

20:49 Ərdoğan regionla bağlı planlarını açıqladı

20:33 Çemponlar Liqasının final oyunu İstanbulda keçiriləcək

20:28 İlham Əliyev İordaniya kralını təbrik edib

20:16 “Qarabağ” 9 futbolçu ilə yollarını ayırdı

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

19:56 ABŞ İran və Türkiyəyə qarşı sanksiyalar qəbul edib

19:55 Azərbaycana xaricdən pul köçürmələri 45% artıb

19:51 İraq lideri İlham Əliyevə məktub göndərdi

19:47 NATO generalları ordumuzun təlimini izləyib

19:44 Arda Turanın cəzası azaldılıb

19:40 Hindistanda qarşıdurma: 13 ölü, 70 yaralı

19:36 Azərbaycanda avtomobillər kəskin bahalaşdı

19:31 “Bu, Azərbaycanın humanist ölkə olmasının sübutudur”

19:28 Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik

19:24 TAP-ın prezidenti Azərbaycana gələcək

19:19 Çin lideri İlham Əliyevi təbrik edib

19:15 Dünya çempionatının rəsmi mahnısını onlar oxuyacaqlar

19:11 Siyəzəndə intihar hadisəsi baş verib

19:06 Ukraynanın sanksiya tətbiq etdiyi Rusiya mətbu orqanları - Adlar

19:01 Aslan İsmayılovun barəsində cinayət işi icraata götürüldü

18:57 Dmitri Roqozinə vəzifə verildi

18:53 Prezident İlham Əliyev: “Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək”

18:48 Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb

18:44 Ştaynmayerdən İlham Əliyevə təbrik

18:39 Faiq Ağayevdən rejissora etiraz

18:35 Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

18:31 İcra hakimiyyətinin şöbə müdiri həbs edildi

18:27 Xəzərdə iki nəfərin meyiti tapılıb

18:23 Nazarbayevdən İlham Əliyevə təbrik

18:20 Əfv siyahısında 41 əcnəbi, 3 vətəndaşlığı olmayan şəxs var

18:16 İlham Əliyev yol tikintisinə pul ayırdı

18:12 16 qadın əfvə düşdü - Siyahı

18:08 Saday Şəkərli azadlığa buraxıldı

18:04 İlham Əliyev sahibkarları mükafatlandırdı - Siyahı

18:00 Müəllimlərin diaqnostik qiymətləndirməsində 20 min nəfər iştirak edəcək

17:55 Ukrayna Rusiyanın dövlət xəbər agentliklərini blokladı

17:49 “Rəhim şeytandır” - Kərim

17:44 İnterpolun axtardığı Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı

17:42 “…acgöz müdirlər”- Baş redaktorlara tərs şapalaq

17:35 “Fransa xarici işlər nazirinin səfəri AXC-nin 100 illiyinə töhfədir”

17:30 “Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

17:29 İqtisadçılar 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasını tənqid edir

17:25 FHN Xəzərdə iki nəfərin meyitinin tapılması haqda açıqlama verib

17:20 BVF: “Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir”

17:14 “Oğlumu bağrıma basmaq istəyirəm”

17:08 Şimali Koreya “Phunqeri” nüvə poliqonunu söküb

17:03 Rusiyada demokratik institutlar tamamilə məhv edilir

16:58 Çempionlar Liqasının finalı yenidən İstanbulda keçiriləcək

16:53 Türkiyə XİN-dən Afinaya sərt cavab

16:46 Bakı və Buxarest arasında birbaşa aviareyslər açıla bilər

16:40 Prezidentin əfv etdiyi siyasi dustaqlar bunlardır - Adlar

16:33 “Leyli və Məcnun” 100 illiyi qeyd olunub

16:27 İlin sonunadək evlə təmin olunmuş məcburi köçkünlərin sayı 285 minə çatacaq

16:20 “Qarabağ” 9 futbolçu ilə vidalaşdı

16:15 “Varlı ailələrin “debil” uşaqları…” – Deputatdan sərt sözlər

16:10 Vahid Ələkbərovun oğlunu Rusiyanın ən varlı varisi elan etdilər

16:09 Prezident əfv sərəncamı imzaldı: 634 nəfərə şamil olunan siyahı - Yeniləndi

16:04 Nəqliyyat naziri bir telefon zənginə görə istefa verdi

16:00 200 manatlıq əskinaslar: Elmar Rüstəmovun piar kampaniyası, yoxsa...

15:58 “Azərbaycan xalqı əmindir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik”

15:53 Abramoviç İsrail vətəndaşlığı alır

15:48 Cümhuriyyətin şərəfinə adı Müsavat qoyulan böyük Azərbaycan şairi

15:43 Rusiya Müdafiə Nazirliyinin generalı həbs olunub

15:37 Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı - Yenilənib

15:33 FİFA millimizin oyunlarını tanımır

15:28 Türkiyədə hərbi konvoya hücum - Hərbçilər həlak oldu

15:23 Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

15:16 Dəşkəsəndə yük maşını çaya düşdü

15:11 “Grand” Hospital adını niyə dəyişdi? – “Rebrendinq”in pərdəarxası

15:05 Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş elmi konfrans keçirilib

15:00 Hakim partiya 140 meqalayihə reallaşdıracaq

14:54 “Malayziya təyyarəsi Rusiya ordusuna aid raketlə vurulub”

14:50 “Onu yerə yıxıb, üstünə oturdum…” – Məktəb direktoru

14:45 Nərimanovda maarifləndirilmə işinin aparılması təlimi keçirilib

14:39 Təhsil naziri: “Azyaşlı şagirdlərin yükü azaldılacaq”

14:35 Aleksey Kudrin: “Neft 50 dollara qədər ucuzlaşacaq”

14:30 Milli Şuranın 28 mayda mitinq keçirməsinə razılıq verilmədi

14:25 “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

14:05 Sorosa bağlı şəxslər Ermənistanda vəzifələrə gətirilir - Rusiyanın mövqeyi nə olacaq?

13:49 “Ümumi təhsil haqqında” qanun hazırlanır

13:48 Ukrayna prezidenti ilə bağlı qalmaqal böyüyür

13:44 Uşakov: “Putinlə Trampın görüşünə hazırlıq aparılmır”

13:39 Təhsil naziri: “Bakı məktəblərində 10 faiz sıxlıq var”

13:34 Ronaldinyo eyni anda iki qızla evlənir - Foto

13:29 Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

13:25 Cümhuriyyətin 100 yaşlı bayrağı Bakıya gətirildi

13:21 Durğun hava diskomfort hissi yaradacaq

13:17 “Əkrəm Əylisliyə qarşı yumşaq davrandıq deyə, Rüstəm İbrahimbəyov...”

13:12 Məhşur futbolçu 9 milyon avro cərimələnib

13:07 Bakıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

13:02 İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin açılışında iştirak edib

12:57 Korrupsiya pullarını kazinolar üzərindən “yuyan” yüksək vəzifəli Azərbaycan məmurları

12:52 Avropa İttifaqı 2019-da Türkiyəyə əlavə yardım ayıracaq - 1,5 milyard avro

12:48 Oğlu olmayıb, xanımından isə ayrılıb - Azərin yalanı

12:43 Şou aləmində qalmaqal yenidən alovlandı



MÜSAHİBƏ

...

Natiq Miri: “ABŞ Rusiya üçün “düşmən obrazında” olacaq” - Müsahibə

Tarix 30.01.18, 15:08

Font ölçüsü : - / +
bitmap-img6


Politoloq: “Rusiya ABŞ-ın tətbiq etdiyi sanksiyalardan istifadə edərək Putinin reytinqini qaldırmağa çalışacaq”


“Rusiya bütün zamanlarda özü üçün bir “düşmən obrazı” yaradır. Bu “düşmən obrazı”nı da ictimaiyyətə təlqin etməklə, sanki düşmənlə mübarizə konteksində Rusiyanın rəhbərlərini  fədəkar insan, siyasətçi kimi təbliğ edirlərı”.

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”ni dərc edib.  Bu, “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında” (CAATSA) ötən ilin iyulunda Konqresdə qəbul olunan qanunun tələbi idi və qanuna uyğun şəkildə 180 gündən sonra elan olundu. “Kreml hesabatı” adlanan sənəd iki hissədən ibarətdir və mətbuata açıqlanmayan məxfi hissəsi də var. Məxfi bölümdə siyahıda adları olan şəxslərin harada, nə qədər aktivlərə, mal varlığına malik olduğuna dair məlumatlar, eləcə də əlavə siyahının ola biləcəyi ehtimal edilir.

Siyahıya Rusiya hökümətinin bütün üzvləri daxil edilib. O cümlədən baş nazir Dimitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, nəqliyyat naziri Maksim Sokolov, sənaye və ticarət naziri Denis Manturov və rabitə naziri Nikolay Nikiforov siyahıda yer alıb. Rusiya Prezident Adminstrasiyasının rəhbəri Anton Vayno və dövlət başçısının köməkçisi Vladislav Surkov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da daxil edilib. 

Siyahıda həmçinin Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev, Baş Qərargah rəisi Valeri Gerasimov, Prezidentin Ətraf Mühitin Qorunması, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Korobov, Moskva meri Sergey Sobyanin, Baş prokuror Yuri Çayka, Rusiya Dəmiryollarının rəhbəri Oleq Belozerov, “Rostex”in rəhbəri Sergey Çemezov, “Rosatom”un rəhbəri Aleksey Lixaçev, “Transneft”in rəhbəri Nikolay Tokarev, “Qazprombank”ın rəhbəri Andrey Akimov, “Aeroflot”un rəhbəri Vitali Savelyev, “Başneft”in rəhbəri Andrey Şişkin, “Tatneft”in rəhbəri Nail Maqanov yer alıblar. 

Qeyd edək ki, oliqarxların siyahısında azərbaycanlı milyarderlərə də yer verilib. Bunlar sırasında Araz Ağalarov, Fərhad Əhmədov, Qod Nisanov, Zarax İliyev və Vahid Ələkbərovun adı var.

Bu siyahıda adı keçən şəxslərə qarşı avtomatik olaraq sanksiyaların tətbiq edilməsi demək deyil. Lakin zamanla bu şəxslərin hər birinə qarşı sanksiya tətbiq edilə bilər. Siyahının açıqlanması faktının təsirləri o olacaq ki, siyahıda yer alanlar “toksik” və “viruslu” subyekt halına gəlir. Yəni əcnəbi sərmayə (ABŞ və Avropa biznesi başda olmaqla) artıq bu adamlarla iş görməkdə ən azı tərəddüd edəcək, çoxları bundan yayınacaq. Onların xaricdən maliyyə cəlb etməsi, öz biznesini genişləndirməsi xeyli çətinləşəcək, bəlkə də qeyri-mümkün olacaq. Üstəlik, CAATSA qanununda açıq göstərilir ki, sanksiya altına düşən Rusiya şirkətləri ilə böyük həcmdə iş görən, o cümlədən Rusiyadan ciddi məbləğlər ödəyərək silah alan üçüncü ölkələrin müvafiq qurumları və şirkətləri də ABŞ-ın sanksiyasına məruz qalacaq.

Rusiyanın federal rəhbərliyində yer alan şəxslərin araslnda “Kreml məruzəsi”ndə adı keçməyən yeganə şəxs isə Rusiya prezidenti Valdimir Putindir. Rusiya prezidentinin mətbauat katibi jurnalistlərə açıqlamasında “Kreml məruzəsi”ni faktikim olaraq ABŞın düşmənləri siyahısı adlandırıb. Peskov bildirib ki, siyahını hazırda tam olaraq şərh edə bilməz. Çünki öncə bu siyahı ətrafında analiz aparılmalıdır. Həmçinin Rusiya prezidentinin mətbauat katibi qeyd edib ki, siyahı Rusiyanın aparıcı siyasətçilərinin və iş adamlarının imicinə xələl gətirir.

Natiq Miri: “ABŞ-ın sanksiyalarının hədəfində duran əsas amil budur ki, iş adamları Rusiya dövlətinə, hakimiyyətinə və Putinə qarşı dursunlar”.


Bu mövzu ilə bağlı PİA.AZ politoloq Natiq Miri ilə olan  müsahibəni  təqdim edir:

- Natiq müəllim, bildiyimiz kimi ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi “Kreml məruzəsi”ndə 210 nəfərin adı qeyd edilib. Onlardan 114-ü Rusiya Federasiyasının ənyüksək vəzifəli məmurları, 96-sı dövlət şirkətlərinin rəhbərləridir. Rusiyaya tətbiq olunan  bu sanksilar, siyasi təzyiqlər Kremlin xarici siyasətini nə dərəcədə dəyişə bilər?

- Əgər bu vaxta qədər ABŞ sanksiyaları Rusiyanın siyasətinə təsir etməyibsə, bundan sonra da Rusiyanın bu sanksiyalar qarşısında diz çökəcəyini və siyasətini dəyişəcəyini düşünmək doğru olmazdı. O da nəzərə alınmalıdır ki, bu ilin mart ayında Rusiyada prezident seçkiləridir. Seçki öncəsində Rusiyanın lideri Putinin ABŞ-a qarşı hansısa güzəştə getməsini və yaxud da geriyə addım atması söhbət predmeti ola bilməz. Buna görə də düşünürəm ki, Rusiya ABŞ-ın tətbiq etdiyi sanksiyalardan istifadə edərək Putinin reytinqini qaldırmağa çalışacaq. Çünki bildiyimiz kimi Rusiya bütün zamanlarda özü üçün bir “düşmən obrazı” yaradır. Bu “düşmən obrazı”nı da ictimaiyyətə təlqin etməklə, sanki düşmənlə mübarizə konteksində Rusiyanın rəhbərlərini  fədəkar insan, siyasətçi kimi təbliğ edirlər. Həmçinin də bu “düşmən obrazı” ilə savaş çərçivəsi əhaliyə o səviyyədə təbliğat olunur ki, əhali öz çətin yaşayış səviyyəsindən belə narazılığını bildirimir. Bu baxımdan “düşmən obrazı” Rusiya üçün daxili siyasət olaraq istifadə olunur. 

Düşünürəm ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar da təxminən bu konteksdə ictimaiyyətə təlqin oluncaq. Yəni ABŞ Rusiya üçün “düşmən obrazında” olacaq. Bundan istifadə edən Rusiyanın prezidenti də seçki mübarizəsində məhz bu amillərdən istifadə edəcək. Sanki ABŞ başda olmaqla bütün Qərb dünyası Rusiyaya savaş açmış kimi təbliğata üstünlük verəcəklər. Ancaq konkret bunun fonunda Rusiyannın siyasətinin dəyişməsi və yaxud Rusiyanın ABŞ-a hansısa güzəştə getməsini gözləmək əbədir. Belə bir iş olmayacaq. Çünki Rusiya anlayır ki, ABŞ-ın özünün durumu çox çətin vəziyyətdədir. Bu çətinlik həm iqtisadi, həm də regionda, xüsusilə də Yaxın Şərqin regionunda ABŞ-ın nüfuzunun demək olar ki, düşməsi nöqteyi nəzərindəndir. Buna görə də Rusiya getdikcə zəifləyən, getdikcə dünyada təklənən ABŞ-a qarşı hər hansı güzəştli siyasət yürütməyəcək.

Natiq Miri: “Bu sanksiyalar vasitəsi ilə oliqarxlarla Rusiya siyasi hakimiyyəti arasında bir parçalayıcı addım atmaq istəyirlər”.


- Sanksiya siyahısında Rusiya Prezident Adminstrasiyasının rəhbəri Anton Vayno və dövlət başçısının köməkçisi Vladislav Surkov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da var. Misal üçün Surkovun adının sanksiya siyahısında olması onun Ukrayna ilə bağlı ABŞ nümayəndəsi ilə danışıqlarına necə təsir edəcək? Eyni zamanda Dmitri Medvedyevin, Sergey Lavrovun, Vayno və Putinə çox yaxın olan Peskovun siyahıya düşməsi ABŞ-Rusiya münasibətlərinin sıfırlanması anlamına gəlirmi?

- Əvvəla, nəzərə alınmalıdır ki, bu şəxslərin seçilməsi qətiyyən təsadüf deyil. Birincisi Kremldə və Kremldən kənar hakimiyyətdə təmsil olunan yüksək Rusiya məmurlarına, həm də Rusiyada fəaliyyət göstərən oliqarxlara, yəni iqtisadi cəhətdən nəhəng iş adamlarına müəyyən mənada çətir tuturlar. Bir sözlə Rusiyada oliqarxlar hakimiyyətin içərisindəki yüksək məmurlara bağlı olmasalar, onların Rusiyada böyük səviyyədə pullar qazanması və fəaliyyət göstərməsi mümkün deyil. Buna görə də Rusiyada həmin oliqarxlara çətir tutan, onların başının üstündə duran bu şəxləri əsas hədəfə gətirməklə bir növ iş adamlarının Rusiya hakimiyyətinə qarşı qalxmasına bir şərait yaratmaq istəyirlər. Əslində sanksiyalar parçalayıcı, dağıdıcı, həm də təxribat törədici taktikadır. Məhz bu cür şəxslər hədəfə alınır ki, Rusiya iqtisadiyyatına böyük zərər vurulsun. Həmçinin də oliqarxlarla Rusiya siyasi hakimiyyəti arasında bir parçalayıcı addım atmaq istəyirlər. 

Natiq Miri: “Qarşıdakı illərdə Rusiya iqtisadiyyatı böyük çətinliklərlə, hətta defolt təhlükəsi ilə üzləşə bilər”.


- Natiq müəllim, bu sanksiyaların iqtisadi təsir miqyası Putin Rusiyası üçün nə qədər böyüyə bilər?

- Nəzərə alınmalıdır ki, 80-dən yuxarı iş adamlarının, oliqarxların bu siyahıya salınması Rusiyanı iqtisadi cəhətdən çökdürməyə yönəlik hadisədir. Çünki hamısı olmasa da, bəzi iş adamları bu sanksiyalar fonunda milyardlar itirməklə üz-üzə qalacaqlarını anlayırlar. Buna görə də, bəzi oliqarxlar bu vəziyyətdən çıxış yolunu tapmaq üçün öz kapitalını Rusiyadan çıxararaq, birdəfəlik Rusiyadan köçmək fikirinə düşürlər. Bu cür iş adamları xüsusi olaraq sanksiya hədəfinə alınır ki, Rusiya iqtisadiyyatı bu yöndə getdikcə daha da zəifləsin. Çünki ABŞ-da konkret informasiya, araşdırmalar var ki, Rusiya özünün bütün ehtiyat rezervlərini, maliyyə resurslarını artıq xərcləyib bitirmək üzrədir. Qarşıdakı illərdə Rusiya iqtisadiyyatı böyük çətinliklərlə, hətta defolt təhlükəsi ilə üzləşə bilər. Bu yöndə ABŞ-da informasiyalar olduğu üçün Rusiyaya bu cür sansksiyalar tətbiq olunur ki, Rusiya aqressiv siyasətindən geri çəkilsin.

- Güman edilir ki, ABŞ tərəfindən Rusiya elitasına tətbiq edilən sanksiyalar Putinin yaxın ətrafını ona qarşı qaldırmaq məqsədi güdür. Rusiya zənginlərinin Putinə qarşı çıxması mümkündürmü?

- Əslində ABŞ-ın sanksiyalarının hədəfində duran əsas amil budur ki, iş adamları Rusiya dövlətinə, hakimiyyətinə və Putinə qarşı dursunlar. Düşünürəm ki, Rusiya zənginlərinin Putinə qarşı çıxması böyük ölçüdə baş verməyəcək. Amma ehtimal olsa da, bu cür təhlükə mövcuddur. Hətta yenə qeyd edim ki, Putinə qarşı çıxmasalar da, bəzi oliqarxlar, iş adamları öz kapitalını Rusiyadan çıxara və Rusiyanı tərk edə bilərlər.

Nərminə UMUDLU
pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Nazarbayevdən İlham Əliyevə təbrik

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Yeni hökümətin fəaliyyəti hiss olunurmu?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru