Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkobaronlar Azərbaycan Gömrüyündə rəhbərliyin dəyişdiyini bilmirlər


Bir neçə ay əvvəl Moldova Respublikası Prokurorluğunun mütəşəkkil cinayətkarlığa qarşı və xüsusi işlər üzrə böyük prokuroru Nikolay Kitoroaqe qalmaqallı bəyanatla çıxış etmişdi


Virtualaz.org xatırladır ki, həmin bəyanatda o, Azərbaycanı Əfqanıstandan narkotrafikin böyük kanalının hissəsi adlandırmışdı.

Kitoroaqe hətta qeyd etmişdi ki, narkotiklər Moldovaya yaxşı təşkil olumuş və dəqiq işləyən bu marşrut üzrə daxil olur: Əfqanıstan - İran - Azərbaycan - Gürcüstan - Ukrayna – Moldova. Aydın məsələdir ki, Moldova kimi kiçik ölkə narkotik alverçilərini çatdırılmanın son nöqtəsi kimi maraqlandıra bilməzdi və narkotiklər sonra Avropa ölkələrinə keçirilib.

Narkotik vasitələrin tranzit yolunun Azərbaycandan keçdiyi çoxdan məlumdur. Məsələ ondadır ki, Şimal– Cənub, Şərq – Qərb yolayrıcında yerləşən ölkənin geosiyasi vəziyyəti bəzən ona heç də üstünlük gətirmir, əksinə başağrısına çevrilir, çünki bu həm də ən müxtəlif malların qaçaqmalçılığı üçün rahat yükboşaltma məntəqəsidir. Məsələn, 2014-cü ilin iyulunda gürcü polisləri Azərbaycandan Türkiyəyə gedən yük maşınında 80%-ə qədəri təmiz heroin olan rekord həcmdə məhlul şəklində narkotik partiyası aşkar etmişdilər. Saxlanılan üç ton belə "məhlulun" “qara bazar”da dəyəri yüz milyonlarla dollar təşkil edir. Narkotik, hərəsi 30 litr olmaqla 93 çəlləyə doldurulmuşdu. Azərbaycan gömrükçüləri belə böyük partiya narkotiki necə gözdən qaçırmışdılar və ya doğrudanmı qaçırmışdılar- indiyə qədər tapmaca olaraq qalır.



Heç şübhəsiz, Azərbaycan Prezidentinin sərəncamı ilə aprelin 23-də Aydın Əliyevin Dövlət Gömrük Komitəsinin (DGK) rəisi vəzifəsindən azad edilməsinə həm də həmin insident səbəbi olmuşdu. Bu vəzifəni Səfər Mehdiyev tutdu.

Və elə növbəti gün, aprelin 24-də DGK böyük partiya narkotik qaçaqmalçılığının qarşısının alınması barədə səs-küylü bəyanat yaydı.

DGK-nın mətbuat xidməti bildirdi ki, gömrükçülər tərəfindən Türkiyəyə 108 kq heroin keşirilməs cəhdinin qarşısı alınıb. Heroin öz ölkəsindən Naxçıvan vasitəsilə tranzitlə Türkiyəyə gedən İran vətəndaşının avtomobilində aşkar edilmişdi.

Düz bir ay sonra, mayın 24-də DGK yarım tondan çox heroinin müsadirə olunduğu barədə məlumat yaydı. Qurumun xəbərində qeyd edilirdi ki, ümumi çəkisi 515 kq olan narkotik partiyası İrandan Azərbaycana istiqamət götürmüş yük maşınında aşkar edilib...

Ölkənin sərhədlərində aparılan ardıcıl iki effektiv əməliyyat güman etməyə əsas verir ki, birincisi-yeni rəhbərliyin başçılığı altında gömrükçülər işə həvəslə girişiblər; ikincisi-Əfqanıstandakı narkotik plantasiyalarının sahibləri Azərbaycanın Dövlət Gömrük Komitəsindəki radikal dəyişikliklərdən xəbərsizdirlər. Çünki onlar narkotikləri hələ də köhnə kanalla göndərməkdə davam edirlər, hansı ki, böyük ehtimalla artıq “çat” verib...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar