Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narazı müsavatçlar yeni təşkilat yaratdılar


Professor Adil Qeybulla və Səxavət Əlisoy yeni Siyasi Dialoq və İslahatlar Mərkəzi (SDİM) təsis edib


AzNews.az xəbər verir ki, mərkəz Azərbaycanda siyasi dialoq mədəniyyətinin inkişafı, öıkədə vətəndaş həmrəyliyinin yaradılması, ictimai-siyasi stabilliyin qorunması naminə Azərbaycan Konstitusiyasının, Mülki Məcəllələrinin, Qanunlarının və qanunverici aktlarının çərçivəsində ictimai-siyasi fəaliyyət göstərmək üçün yaradılıb: 

“Siyasi dialoq cəmiyyətdə vətəndaş razılığına, sosial gərginliyin aradan qaldırılmasına, taktiki hədəf olaraq ölkənin yaxın dövr üçün təhlükəsizliyinin təminatına, strateji planda isə demokrtaik dəyərlərin və təsisatların bərqərar olmasına yönəlik siyasi prosesdir. Bu gün qloballaşan dünyada gedən proseslərin təhlili göstərir ki, fundamental prinsiplərin bazasında və beynəlxalq hüquqa söykənən standart parametrlər çərçivəsində dinamik reformasiya, ölkələrin qarşılıqlı faydalı inteqrasiya prosesləri, insan rifahının yüksəlməsinə yönəlik iqtisadi siyasət qəbul edilmiş alternativsiz yoldur. 

Təşkilatın məqsədi siyasi partiyalar, siyasi bloklar, qeyri-hökumət təşkilatları arasında dialoqun konseptual əsaslarının hazırlanmasında, dialoqun təşkilində fəal iştirak etmək, siyasi dialoq nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinə yardımçı olmaq və bu prosesə ictimai nəzarəti təşkil etmək, eyni zamanda siyasi-iqtisadi və ictimai həyatın müxtəlif sahələrində islahatlarla bağlı təkliflər hazırlamaq, ictimai rəyi öyrənmək üçün sorğular keçirməkdən ibarətdir. 

Torpaqlarımızın 20 faizinin düşmən işğalında olduğunu, məlum xarici qüvvələrin dövlətçiliyimiz üçün təhlükə mənbəyi olaraq qaldığını əsas götürərək, ölkədə vətəndaş həmrəyliyinin güclənməsi naminə iqtidar-müxalifət dialoquna nail olmaq üçün fəaliyyət göstərəcəyimizi xüsusi olaraq bəyan edirik” – deyə Siyasi Dialoq və İslahatlar Mərkəzinin yaradıcıları bildirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar