Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Namizədliyini verən başçı müavinləri – Siyahı


Rayon İcra Hakimiyyətləri parlament seçkilərinə xüsusi olaraq hazırlaşır


Mərkəzi Seçki Komissiyasının bu günə olan hesabatına görə, 5 başçı müavini deputat olmaq üçün yarışacaq.
 
Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Naqif Həmzəyevin 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsindən namizədliyi qeydə alınıb.
 
Quba RİH başçısının Humanitar məsələlər üzrə müavini Afət Həsənova 52 saylı Quba Seçki Dairəsindən deputatlıq uğrunda mübarizə aparacaq. Onun bu dairədən əsas rəqibi Milli Məclisin üzvü Vahid Əhmədovdur.
 
Xaçmaz RİH başçısının İƏD üzrə nümayəndəsi Eldəniz Səlimovun 55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən namizədliyi təsdiq olunub. Sentyabrın 14-də İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi E.Səlimovun qalib gəlmək şansı yüksəkdir.
 
Şəmkir RİH başçısının müavini Sona Əliyeva da deputatlıq iddiasını ortaya qoyub. Hakim partiyanın namizədi olan S.Əliyevanın 99 saylı Şəmkir kənd Seçki Dairəsində rəqibləri hələlik qeydə alınmayıb.
 
Hakim partiya Xəzər RİH başçısının müavini Lalə Əhmədovanın namizədliyini 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürüb. Sözügedən dairədən ötən seçkidə millət vəkili seçilən Ülvi Quliyev 15 saylı Yasamal birinci seçki dairəsindən namizəddir. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar