Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nağaranın içində narkotika aparan sərnişin


Sevda Sultanova yazır


Kulis.az  “Naməlum kino” layihəsində Cahangir Şahmuradovun 1989-cu ildə çəkdiyi “Boş yer” qısametrajlı filmini təqdim edir.
 
Süjet: Hadisə keçmiş sovet respublikalarından birinin dəmiryolu vağzalından başlayır. Kassir sərnişinlərə qatarda ancaq bir boş yerin qaldığını deyərək, hər birinə bileti həqiqi dəyərindən daha artıq qiymətə satır. 
 
Vağzalın nəzarət məntəqəsində məmur (Mübariz Əlixanoğlu) isə sərnişinlərin yüklərini yoxlayarkən onları alçaldır, şərləyir, sonra rüşvət alır. Parisdən qastroldan qayıdan musiqiçinin (Fərman Şəkili) nağarasının içində narkotik maddə olduğunu boynuna qoyur və nağarasını sökür.
 
Kiçik elmi işçinin (Anatoli Yeqorov) xarici markalı avtoqələminin yeni kəşf olunmuş silah olduğunu iddia eləyir, onu ekspertiziya göndərmək istəyir.  Həşəratları zərərsizləşdirən dərmanlarla alver edən alverçidən (Rafiq Əliyev) ancaq külli miqdarda rüşvət  alandan sonra qatara buraxır.
 
Sonrakı hadisələr qatarda baş verir. Rejissor qatarda əməkdaşların diktatura rejimi qurduğunu təsvir eləyir. Qatar bələdçisi (Lyudmila Duxovnaya) isə bu diktaturanın başında dayanır.
 
Sərnişinlərlə qul kimi rəftar olunur, istismar edilir: kimi qatar bələdçisinə çay aparır, kimi pəncərəni, kimi döşəməni silir, kimi istilik sistemi ilə məşğul olur, kimi də qatarı idarə eləyir. Qatar sürücüsü, dispetçerlər isə yeyib içir, qaraçılarla əylənir.
 
Qatar bələdçisi başda olmaqla əməkdaşlar sərnişinləri ac-susuz saxlayır, onlara qarşı çıxanlara böhtan atır, işgəncə verir. Və sonda ədalətsizliyə dözməyən sərnişinlər üsyan qaldıraraq hakimiyyəti devirir...
 
1989-cu ildə lentə alınan “Boş yer” o dövrün mövcud ictimai-siyasi durumuna satiradır. Rejissor dağılmaqda olan sovetlər birliyini məkan olaraq lokallaşdırır və orda baş verənləri bir qatarın modelində göstərir. 
 
Hərçənd, filmdə qoyulan bir sıra problemlər günümüzdə də həllini tapmayıb.
 
Ümumiyyətlə, dünya kinematoqrafiyasında sərt siyasi rejimləri, onların fərdlərə təsirini, amansız mühitdə insanların davranışını və s. problemləri şərtiliklə, absurd, qrotesk elementləri ilə yükləyən,   müxtəlif janrlarda - antiutopiyadan tutmuş  mistika, horrora qədər-filmlər lentə alınıb. 
 
Həmçinin, milli kinomuzda da siyasi quruluşları dar məkanda kiçildərək, illüziyalarla dolu filmlər ekranlaşdırılıb: Tofiq Tağızadənin “Köpək”, Cahangir Mehdiyevin “Girişmə, öldürər”...
“Boş yer” filmi də bu mənada istisna deyil. Hərçənd film qoyulan problemlərin aktuallığına görə diqqəti çəksə də kino dili, istifadə olunan  ifadə vasitələri səthidir. Daha dəqiq desək, əhvalatın bədii həllindən çox publisistik təqdimatı var. Qatar bələdçisinin diktator obrazını tamaşaçıya çatdırmaqdan ötrü  Stalinlə eyniləşdirilməsinin, sərnişinlərin qorxusunun, sonra isə üsyanının ifadəsinədək çox şey birbaşa, publisist çalarda verilib.
 
Filmin rejissoru Cahagir Şahmuradov karate üzrə SSRİ çempionu olub. Və keçmiş Sovet İttifaqında karate üzrə ilk usta hesab olunur. Filmlərdə kaskadyor, aktyor kimi də çalışıb. VQİK (Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun)-in rejissorluq fakültəsini bitirən Şahmuradov hazırda Moskvada yaşayır.
 
“Debüt” studiyasında istehsal olunan dilmin ssenaristi Vladislav Xanaqov, operatoru Amin Novruzovdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar