Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NİDA-da iki gün yaşanan istefa təlatümü bitdimi?


Təşkilatın konfransı baş tutub; NİDA strukturları yenidən formalaşıb; Xanım namizədi qeydə alınan qurum seçkilərə ciddi hazırlaşır


Ülvi Həsənli: “Mənfi mühit olsa da, hələ ki cəmiyyətdə varıq”

NİDA vətəndaş hərəkatında ötən həftə yaşanan təlatüm səngiməyə doğru gedir. İki gün davam edən istefaların ardından qurumun sentyabrın 26-da narazılıq səbəbindən təxirə salınan konfransı oktyabrın 3-də baş tutub. NİDA-nın strukturları yenidən formalaşıb. 

Bununla da NİDA dağılacağı ilə bağlı gəzən söz-söhbətlərə, ortaya atılan iddialara son qoymağı bacararaq, gələcəyə doğru müsbət addım atıb.

Bu barədə musavat.com-a açıqlamasında NİDA-nın deputatlığa namizədi, İdarə Heyətinin sabiq üzvü Ülvi Həsənli məlumat verib. 

Ülvi Həsənli təşkilat daxilində işlərin qaydasında getdiyini bildirib: “Konfransımız ayın 3-də baş tutdu. 4 saat davam etdi. Normal keçdi, heç bir problem olmadı. Maraqlı müzakirələr oldu. 7 nəfər İdarə Heyətinə, 5 nəfər də MNTK-ya seçildi. Bir sıra nizamnamə dəyişiklikləri oldu. Konfransda 60 nəfər Bakıdan, 40 nəfərdən artıq isə, paytaxtdan kənarda yaşayanlar iştirak edirdilər. Təşkilat daxilində elə də ciddi problemlər yoxdur. Yayılan söz-söhbətlər mənasızdır. İnanırıq ki, indi seçilən İdarə Heyəti növbəti ilə qədər daha ciddi işlər görəcək. Təşkilatdan çıxdığı deyilən Ülvi Mahmudzadə qayıtdı. Səbinə Qarayeva isə, ümumiyyətlə, çıxmamışdı. Bu şəxslər konfransda iştirak etdilər. Üzeyir Məmmədli və Aygün Pəncəliyeva çıxıblar. Hələ də səbəblərini açıqlamırlar. Nərgiz Ağalı çıxdığını bildirdi. O da səbəbləri barədə demişdi ki, ana olmağa hazırlaşdığına görə bu addımı atıb. Amma mətbuatda bu barədə məlumat çıxandan sonra facebook profilini dəyişərək, “Mən NİDA-çıyam” olan şəkili qoydu. Bununla özü də bildirdi ki, yəni NİDA ilə bir yerdəyəm, başqa səbəblərə görə çıxmışam”.

Ülvi Həsənli hazırda təşkilat olaraq, parlament seçkilərinə ciddi hazırlaşdıqlarını da qeyd etdi: “Parlament seçkilərinə hazırlaşırıq. Artıq bir namizədimiz - İlahə Əmiraslanova 35 saylı Xətai Seçki Dairəsindən qeydə alınıb. 6 nəfər namizədimizin sənədlərini DSK-ya təqdim etmişik. Təşkilat daxilində hazırda seçki abı-havası yaşanır. Biz demirik ki, seçkilər ədalətli keçəcək. Sadəcə, öz düşüncələrimizi insanlara çatdırmaq istəyirik. Kifayət qədər mənfi mühit olsa da, hələlik cəmiyyətdə varıq. Seçkiyə gedirik, üzvlərimiz də təbliğat-təşviqat kampaniyasında aktiv iştirak edəcəklər”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar