Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NİDA- çıların valideybləri də aclıq aksiyasına başlayır


Həbsdə olan NİDA-çıların valideynləri bu gün mətbuat konfransı keçirib.


Mətbuat konfransında təqsirləndirilənlərin valideynləri, təşkilatın üzvləri iştirak edib.

Zaur Qurbanlının anası Səkinə Qurbanova çıxışında bildirdi ki, dünən məhkəmənin verdiyi qərar onlar üçün gözlənilməz olub: “Biz bu qərarı gözləmirdik. Prokuror oğluma 8 il 6 ay həbs cəzası verilməsini istəyib. Digər gənclərə istənilən cəzalar da ədalətsizdir. Prokuror 6 ay bundan əvvəl oxuduğu ittihamı oxudu. Deməli, bu qərarı 6 ay bundan əvvəl də vermək olardı”.

S.Qurbanova gənclərin tezliklə bəraət almasını istədiklərini dedi: “Günahsız gənclərə bu əziyyəti vermək olmaz. Biz artıq 1 il 2 aydır bu əzabı çəkirik. Bəsdir artıq. Hökumətdən tələb edirəm ki, bu gənclərə bəraət verilsin”.

Səkinə Qurbanova qərara etiraz edən NİDA-çıların aclıq aksiyasına başlayacaqlarını söylədi: “Onlar aclıq aksiyasına başladıqları halda biz azadlıqda rahat yaşaya bilmirik. Onlara dəstək olmaq üçün aprelin 20-dən - bazar günündən etibarən aclıq aksiyasına başlayacağıq. Hər kəsi də bu aksiyaya qoşulmağa çağırırıq”.

Mətbuat konfransında çıxış edən digər valideynlər də övladlarına bəraət verilməsini tələb etdilər.

Xatırladaq ki, dünən - aprelin 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunan NİDA hərəkatı fəallarına iş istənib. Dövlət ittihamçısı Şahin Novruzluya 6 il 6 ay, Üzeyir Məmmədliyə 7 il 6 ay, Bəxtiyar Quliyevə, Məmməd Əzizova və Rəşad Həsənova 8 il, Rəşadət Axundova, Zaur Qurbanlıya və İlkin Rüstəmzadəyə isə 8 il 6 ay iş istəyib.

Bundan sonra müttəhimlər prokurorun çıxışına etiraz əlaməti olaraq bu gündən aclıq aksiyasına başlayacaqlarını bəyan ediblər. Məhkəmə prosesi aprelin 22-də davam etdiriləcək.(virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar