Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO peyk və kompüter proqramlarına 3 milyard avro ayıracaq


NATO özünün peyk proqramının təkmilləşdirilməsinə və kompüter texnologiyalarının inkişafına, o cümlədən kibernetik müdafiənin yaxşılaşdırılmasına 3 milyard avro ayırmağı planlaşdırır


AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, vəsaitin böyük hissəsi (1,7 milyard avro) qoşunları, gəmiləri və pilotsuz uçuş aparatlarını daha yaxşı dəstəkləmək üçün peyk əlaqəsinin yaxşılaşdırılmasına xərclənəcək. Həmçinin 800 milyon avro raket və hava hücumundan müdafiə sistemlərinin idarəsinə cavabdeh kompüter sistemlərinin təkmilləşdirilməsinə ayrılacaq. Kibernetik təhlükədən müdafiənin gücləndirilməsi üçün isə 71 milyon avro nəzərdə tutulub.

NATO-nun Baş katibi Yens Stoltenberqin 2016-cı ildə alyansın təhlükəsizliyi və fəaliyyəti barədə məruzəsinə əsasən, ABŞ istisna olmaqla, quruma üzv 27 ölkənin hərbi xərcləri ötən illə müqayisədə orta hesabla 3,8 faiz artaraq onların ümumdaxili məhsulunun 1,47 faizini təşkil edib. NATO-nun büdcəsində ABŞ-ın payı 2016-cı ildə 45,9 faiz olub. Bununla yanaşı, ötən il Şimali Atlantika blokunun 28 ölkəsinin müdafiə xərcləri ümumilikdə 2010-cı ildə qeydə alınan qiymətlərlə 892 milyard dollar təşkil edib.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar