Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO PA-da Ermənistanın hərbi təlimləri pislənildi


NATO Parlament Assambleyasının (PA) Niderlandın Haaqa şəhərində keçirilən 60-cı payız sessiyasında prezidentlərin Paris görüşünün ardınca Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlim keçirməsi pislənilib


Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı APA-ya açıqlamasında bildirib ki, sessiyada plenar iclas zamanı Azərbaycan nümayəndə heyətinin çıxışında AzərbaycanErmənistan prezidentlərinin Paris görüşünün ardınca ermənilərin cəbhə xəttində keçirdikləri hərbi təlimlər məsələsi qaldırılıb.

Onun sözlərinə görə, plenar iclası aparan NATO-nun yeni baş katibi Yens Stoltenberq ermənilərin yersiz iradlarını cavabsız buraxaraq, təlimlərlə bağlı Azərbaycan nümayəndə heyətinin suallarını cavablandırıb: “O, təlimlərin keçirilməsini pisləyərək, bunu qeyri-qanuni adladırdı. Bildirdi ki, məsələ sülh yolu ilə nizamlanmalı, danışıqların gedişinə hörmət olunmalıdır və NATO üçün ərazi bütövlüyü, suverenlik əsas prinsipdir”.

M.İbrahimqızı onu da bildirib ki, sessiyada həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətləri tərəfindən təkliflər irəli sürülüb: “Ermənilərin təklifi - xalqların öz müqəddəratını təyin etməsi mövzusu heç müzakirəyə belə buraxılmadı. Azərbaycanın təklifi isə qəbul edilərək “NATO tərəfdaşlarına təminat və dəstək" adlı qətnaməyə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən maddə əlavə edildi. Qətnamənin qəbulu zamanı Ermənistan nümayəndə heyəti ciddi-cəhdlə qarışıqlıq yaratmaq istəsə də, NATO PA-ya üzv ölkələr sənədə səs verdilər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar