Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NASA: Yupiterdə Yerdə baş verən proseslər təkrarlanır


Amerika Kosmik və Aviasiya Agentliyinin (NASA) araşdırmaçıları Yupiter planetində Yer kürəsindəki kimi şimşək çaxmasının səbəbini öyrənib


 NASA Yupiteri müşahidə edən "Yuno” kosmik gəmisinin verdiyi bilgilər sayəsində şimşəklərin ekvator bölgəsində deyil, qütblərdə daha çox olduğunu öyrənib.

"Yuno”nun kəşfiyyat peyki olan Mikrodalğa Radiometr ilə şimşəklərin daha öncə əldə edilməyən elektrik tezlikləri ölçülüb və şimşəklərin Yerdəki gücdə və tezlikdə olduğu üzə çıxıb.

Buna rəğmən, şimşəklərin çoxaldığı bölgələrin dünyadan niyə fərqli olduğunu araşdıran elm adamları bunun Günəşdən qaynaqlanan istiliklə bağlı olduğu qənaətinə gəlib.

Yupiterin orbiti Günəşə Yerlə müqayisədə 5 qat daha uzaqdır və buna görə Yupiter planetimizə nəzərən 25 qat daha az istilik ala bilir. Planetin ekvator bölgəsində müəyyən istilik olsa da, Yerdə olduğu kimi kəskin buxarlanma baş vermir.

Yerin əskinə olaraq, Yupiterdə ekvatorun üst qismləri müəyyən səviyyədə isinir və sabit bir iqlim yaradır. Yuxarıdakı istilik altdakı qazların yüksəlməsini əngəlləyir və cəbhələr arasında şaquli elektrik gücü yaranır, yəni şimşəklərin ortaya çıxmasını əngəlləyir.

Qütb bölgələrində atmosferin yetəri qədər istilənməməsi nüvədəki isti qazların yuxarı çıxmasına səbəb olur. Bu vəziyyətdə şimşəklər əmələ gəlir.

Yupiterdəki şimşəklər ilk dəfə 1979-cu ildə NASA-nın "Voyager 1” kosmik gəmisi tərəfindən təsbit edilib. NASA-nın 2011-ci ildə kosmosa göndərdiyi "Yuno” peyki 2016-cı ilin iyul ayından bəri Yupiterin orbitində kəşfiyyat fəaliyyətlərini davam etdirir. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar