Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxtəlif rayonlardan olan quldur dəstəsi yaxalandı


Bakının Nəsimi rayonunda mütəşəkkil quldur dəstəsinin üzvləri həbs edilib


Teleqraf.com xəbər verir ki, bu il iyulun 17-də rayonun Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Tural Quliyevin qarşısını kəsib.

Onlar Tural Quliyevi döyərək 170 manatını və 2 ədəd mobil telefonunu alıblar. Cinayəti törədənlər hadisə yerini tərk ediblər.

Zərərçəkmiş Tural Quliyev aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi məlumatlandırılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub.

Cinayətin daha iki iştirakçısının isə şəxsiyyəti müəyyən edilib və onların kimliyi müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri başlanıb.

Bir neçə gün öncə 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli biliən qrupun digər üzvləri – Sabirabad rayon sakini Röyal Şibliyev, Biləsuvar rayon sakini Elməddin Əhmədov və Salyan rayon sakini Mirheydər Kərimov tutulublar.

Müəyyən edilib ki, Elməddin Əhmədov və Mirheydər Kərimov əvvəllər məhkum olunublar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar