Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifətin mitinq keçirməməsinə YAP-dan ironik münasibət


Hakim partiyanın deputatı müxalifəti seçkiyə hazırlaşmağa çağırdı


Manatın 2015-ci ilin fevralında birinci devalvasiyasından sonra bir neçə müxalifət təşkilatları etiraz mitinqləri keçirdilər. Ötən ilin dekabrında Azərbaycanda milli valyutanın ikinci və daha kəskin devalvasiyası oldu. Bu devalvasiya və neftin qiymətinin də ucuzlaşması ölkədə birinci devalvasiyanın vurduğu zərbədən qat-qat ağır zərbələr vurmaqdadır. Kəskin bahalıq, iş yerlərinin ixtisara düşməsi ölkə əhalisinin iqtisadi durumunu ağırlaşdırır. 

Nəticədə narazılıq çoxalır. Ancaq müxalifət partiyaları birinci devalvasiyaya qarşı mitinq keçirdikləri halda nədənsə indi heç bir etiraz aksiyası təyin etmirlər. Bəziləri bunu müxalifətin ölkədə qarışıqlıq düşməsini istəməməsi, bəziləri gözləmə mövqeyinə keçməsi, bəziləri isə keçənilki mitinqlərə az adam qatılması təcrübəsinin təkrarlana biləcəyindən ehtiyatlanması ilə əsaslandırırlar.  

Hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə axırıncı əsaslandırmanın doğru olduğunu düşünür. “Yeni Müsavat”a açıqlamasında Aydın Mirzəzadə bildirdi ki, müxalifət partiyaları sosial bazalarının zəiflədiyini bilirlər: “Bir-iki il bundan əvvələ qədər vaxtaşırı mitinqlər keçirirdilər. Hər dəfə mitinqə gələnlərin sayında azalma müşahidə olundu. Keçən il sonuncu dəfə keçirdikləri mitinqə 200 adam qatılmışdı. Ona görə də, hər halda, özləri də fərqindədirlər ki, sosial bazaları çox zəifdir və bu cür sosial baza ilə mitinq keçirmək mənasızdır. 

Onlar bilməlidirlər ki, əsas məsələ mitinq keçirmək deyil. Əsas məsələ hansısa məsələyə öz ciddi təklifini ortaya qoymaqdır. Ciddi təkliflərin ortaya qoyulacağı halda qəbul edilməsi daha realdır. Nəinki kiçik mitinqlər keçirib orada səslənən populist bəyanatlar".
Qeyd edək ki, son vaxtlar iqtisadi böhranla bağlı müxalifətin təklif və tələbləri sırasında növbədənkənar parlament seçkilərinin keçirilməsi də yer alır. Bəs müxalifətin növbədənkənar seçkilər təklifi qəbul edilsə, bu seçkilərdə nəticələr müxalifətin xeyrinə ola bilərmi?

Bu suala cavabında Aydın Mirzəzadə bildirdi ki, siyasi çırpıntalara keçilmək heç vaxt heç bir ölkəyə uğur gətirmir. Azərbaycanda artıq oturuşmuş dövlət var. Azərbaycanda kifayət qədər təcrübəsi olan demokratiya var: “Növbəti seçkilərin də vaxtı bəllidir. Müxalifət həmin seçkilərə hazırlaşsın. Sadəcə olaraq, müxalifət düşərgəsi özü də bilir ki, seçkidə uğur əldə etmək üçün yetərli gücləri, potensialları yoxdur. Növbəti seçkilər keçiriləndə yenə də YAP qələbə qazanacaq. Çünki YAP-ın sədri olan cənab prezidentin fəaliyyəti ilk növbədə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, beynəlxalq səviyyədə siyasi nüfuzunun artmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yönəlib. Cəmiyyət də bunu görür. Əksəriyyət də bu siyasəti dəstəkləyir. Müxalifət bu gün nə seçkiyə, nə də cəmiyyətin etimadını qazanmağa hazırdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar