Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət “Avropa Şurasından çıxaq” çağırışlarını dəstəkləmədi


Müxalifət “Avropa Şurasından çıxaq” çağırışlarını dəstəkləmədi - “Tribunanı erməniyə vermək olmaz”


Parlamentdə səslənən bəyanatlara etiraz edildi; “O halda Azərbaycana qarşı çox təhlükəli ssenarilər işə salına bilər...”.

Parlamentin son iclasında bəzi deputatlar Azərbaycanın Avropa Şurasından çıxması haqqında qərar qəbul etməsi çağırışını edib. Fikirlərini isə belə əsaslandırıblar ki, əgər Avropa Şurası ölkəmizi bu qurumdan çıxarmaq istəsə, əks addım atılmalıdır, onlar belə qərar qəbul edənə qədər biz özümüz Avropa Şurasından çıxmalıyıq. Bu cür çağırışı edənlər sırasında partiya sədri olan deputatlar da var.

Parlamentdə təmsil olunmayan biz sıra partiyalardan məsələyə mövqe öyrəndik.

VİP sədri Əli Əliyev bildirdi ki, Azərbaycan qətiyyən belə bir addım atmamalıdır. O cür təklifləri irəli sürənlər iqtidarın adamlarıdır və zərərli çağırışlardır: “Azərbaycanın beynəlxalq təşkilatlarda olması mühüm məsələdir. Bu bir deputatın maaş, ev, dolanışıq imkanlarının olmasından qat-qat önəmlidir. Bizim Dağlıq Qarabağ kimi ciddi problemimiz var. Bizim könüllü şəkildə Avropa meydançasını düşmən tərəfə güzəşt etməyimiz böyük səhv olar. Hakimiyyəti tərslik etməməyə, Avropa Şurasının sadə tələbini icra etməyə çağırmaq daha məntiqli olardı. İlqar Məmmədov məsələsini prinsipial iqtidar və dövləti mövqeyinə çevirmək hakimiyyətin də dövlətin də zərərinə işləyir”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər qeyd etdi ki, Avropa Şurası ilə münasibətlərin qırılması, həmin qurumdan çıxmağımız və ya çıxarılmağımız Azərbaycana siyasi, iqtisadi, hərbi, humanitar sahələrdə ciddi problemlər yarada bilər: “Heç kim düşünməməlidir ki, Avropa Şurasından çıxsaq, bizdən əl çəkəcəklər və rahatlaşacağıq. Tam tərsinə proseslər baş verəcək. Birincisi, Azərbaycanda bizi narahat edən potensial təhdidlər üzə çıxmağa başlayacaq. Yəni ölkədə hakimiyyət dəyişikliyində maraqlı olan xarici güclər, eyni zamanda daxili güclər bu istəklərini siyasi yolla, dinc yolla həyata keçirmək mümkün olmadığından qeyri-siyasi, qeyri-dinc yollara baş vuracaqlar. Avropa Şurasından çıxmağımızın ən təhlükəli siyasi nəticəsi bu ola bilər. Azərbaycanla bağlı çox təhlükəli ssenarilər işə salına bilər. İqtisadi nəticələrə gəldikdə, Azərbaycanın xarici ticarət dövriyyəsində Qərblə iqtisadi əlaqələr 70 faizdən yuxarı təşkil edir. Avropa Şurasından çıxmaq bu qədər böyük iqtisadi münasibətlərə çox ciddi zərbə vura bilər. Azərbaycan Avropa üçün iqtisadi tərəfdaşlıq imkanlarını itirə bilər. Azərbaycan qazı Avropa bazarından mütləq şəkildə asılıdır. Bir anlığa düşünün ki, Azərbaycan bu bazardan məhrum olsa, iqtisadiyyatımız hansı vəziyyətə düşər. Azərbaycan nefti və qazını almasalar, ölkəmiz bu strateji məhsullarını kimə satacaq? Neft və qazla zəngin Rusiyaya, yoxsa İrana, Türkmənistana, ya Qazaxıstana satacağıq? Bu məsələləri düşünmək lazımdır. Azərbaycanın Avropa Şurasından çıxması Qarabağ məsələsində də zərərimizə yeni situasiya yaradar”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, hakimiyyətin bəzi nümayəndələrinin Avropa Şurasından çıxmaqla bağlı bəyanatlarını heç vaxt ciddi qəbul etmir: “Çünki hətta minimal siyasi  analiz qabiliyyəti olan istənilən insana aydındır ki, hakimiyyətə indiki məqamda belə bir problem və qarşıdurma gərək deyil. Sadəcə olaraq, bu, son dönəmlər Avropa institutları tərəfindən Azərbaycana qarşı yönəlmiş tənqidlərə emosional və bəlkə də bir az təhdid xarakterli çağırışlradır. Fikir versəniz görərsiniz ki, belə bəyanatları hakimiyyətin üst eşelonunda təmsil olunan nümayəndələr deyil, daha çox aşağı ranqlı şəxslər verirlər. Hətta Avropadan gəlmiş nümayəndə heyətini qəbul edən zaman İlham Əliyev özü də qeyd etdi ki, bizim heç bir səlahiyyətli nümayəndəmiz belə fikir səsləndirməyib. Bunun ardınca spiker Oqtay Əsədovun da bu təklifə qarşı bildirdiyi sərt reaksiya hakimiyyətin Avropa Şurasından çıxmaq niyyətində olmadığını, sadəcə, özlərinə nələrinsə diktə edilməsindən xoşlanmadıqları mesajını verdiklərini deməyə əsas verir. İqtidarın illərdir hakimiyyətdə qalmasını təmin edən elə Avropanın özüdür. Avropa Şurası yalnız özünə sadiq olacağına əmin olduğu 2-3 məhbusun azad olunması üçün çalışır. Bəs hanı burada ədalət? Sadəcə olaraq Avropa hakimiyyətdən lazımi güzəştləri alana qədər müxalifətdən, siyasi məhbus və demokratik dəyərlər kartından istifadə edərək basqı yaradır. İstədikləri güzəştləri əldə edən kimi müdafiə etdikləri bütün dəyərləri  sözün həqiqi mənasında satırlar. Biz Azərbaycan müxalifəti olaraq heç kimin oyununun oyunçusu olmalı deyilik. Bizim güvənməli olduğumuz yeganə güc xalq olmalıdır”.

ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, Azərbaycan Avropa Şurasına daxil olanda təkcə hakimiyyət təmsilçilərinin deyil, müxalifət liderlərinin də mövqeləri öyrənilmiş və nəzərə alınmışdı: “İndi bir-iki nəfər hakimiyyət rəsmisinin və ya partiya rəsmisinin Azərbaycanın Avropa Şurasından çıxmasını tələb etməsi məsuliyyətdən uzaq olan bir yanaşmadır. Bu Azərbaycan dövlətinin və dövlətçiliyinin maraqlarına zidd olan bir hərəkətdir. Azərbaycan nə qədər beynəlxalq institutların üzvü olsa, beynəlxalq təşkilatlara nə qədər inteqrasiya olunsa, bu, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə xidmət edər. Bu gün demokratik Avropa və ya Qərb institutları Azərbaycanın bu qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə tənqid edirsə, buna görə həmin qurumlardan çıxmaq yox, öhdəlikləri yerinə yetirmək lazımdır. Bu qurumlardan çıxmaq təşəbbüsləri ölkəni dünyadan təcridə xidmət edir ki, bu da yol verilməzdir. Bu baxımdan Azərbaycanın Avropa Şurasından çıxmasının tərəfdarı deyiləm”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar