Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət birləşərsə, nəsə dəyişərmi...


Sərdar Cəlaloğlu: “Zamanımız çox azdır”; Tural Abbaslı: “Kimsə birlik istəyindədirsə...”


Azərbaycanda 11 aprelə prezident seçkisinin təyin edilməsi ilə müxalifət düşərgəsində yenidən birlik müzakirələri başlayıb.

 Əsas aparıcı qurumların tərəfdarları hesab edirlər ki, müxalifətin böyük bir birliyi yaranarsa, hakimiyyəti dəyişmək şansları ola bilər.

Sosial şəbəkələr və mətbuatda bu istiqamətdə birlik çağırışlarına rast gəlməkdəyik. Müxalif tərəfdarlar üzv olduqları partiyaların rəhbərlərini birliyə səsləyir, bu istiqamətdə vaxt itirmədən müzakirələrin başladılmasını istəyirlər. Doğrudur, seçkilərə az müddətin qaldığını düşünərək, birliyin yaranması üçün zamanın yetmədiyi barədə də fikirlər var. Amma belə bir birliyin yaranmasının mümkünsüz olmadığı da deyilir.

İndiki vəziyyətdə birlik olsa belə, hakimiyyətə alternativ qüvvənin olmayacağı barədə düşünənlər çoxluq təşkil edirlər. Lakin ümidsiz olmayanlar da az deyil.

ADP sədri Sərdar Cəlaloğlu seçkiyə az müddətin qaldığını qeyd edərək, zaman baxımından effektiv birliyin yaradılmasının və onun təşkilinin praktiki cəhətdən mümkün olmadığını düşünür: “Nəzəri cəhətdən bu mümkün ola bilər, yəni düşünə bilərik ki, belə bir birlik olsa, ciddi nailiyyətlər qazanmaq mümkündür. Amma praktiki cəhətdən bu mümkün deyil, çünki zamanımız çox azdır. Çünki məsələlərin müzakirəsi, razılaşmanın özü xeyli vaxt alacaq. Söhbət təbii ki, ciddi birlikdən gedərsə. Hətta xilaskar olsa belə, müxalifətə lazım olan zaman resursu yoxdur. Burada təkcə birləşmədən də söhbət getmir. Hər hansı bir siyasi nailiyyətin əldə edilməsinin iki ciddi resursu var, insan və maliyyə resursları. Zaman resursundan əlavə, bu iki resursun da olması çox vacibdir. Tutaq ki, müxalifət həqiqətən də bu gün birləşdi. O zaman bu sual meydana çıxacaq ki, müxalifət əgər birləşirsə, onda müxalifətin birləşməsindən meydana çıxan insan və maliyyə resurslarını necə təşkil etmək olar. Bütün bunların özü də zamanla bağlıdır. İndiki halda, birləşəcəyimiz təqdirdə belə, bu resursları təşkil edə bilməyəcəyik. Digər tərəfdən, Azərbaycanda siyasi hadisələr tək müxalifət-iqtidar münasibətləri ilə müəyyən edilmir. Əgər bu belə olsaydı, o zaman çoxdan Suriya, İraq problemləri həll olardı. Bu gün Suriyada müxalifət arxa cəbhədədir. Öndə faktiki Amerika, Türkiyə, Rusiyaİran dayanıb. Bizim kimi ölkələrdə pərdəarxası döyüşlər gedir. Yəni Rusiya, İran, Amerika kimi dövlətlərin nümayəndələri hərəsi bir söz deyir və faktiki olaraq, hakimiyyətə öz niyyətlərini çatdırırlar, yaxud kimsə müxalifətin qulağına nəsə pıçıldayır. Suriyada açıq şəkildə iştirak edən xarici qüvvələrin fəaliyyəti Azərbaycanda gizli şəkildə davam edir. Tutaq ki, indi müxalifət birləşdi, arzu edilən birliyi yaratdı, o zaman xarici faktoru təmin etmək mümkündürmü? Özü də bunlar bir-birinə zidd olan xarici faktorlardır. Yəni maraqları burada toqquşur. Bu cür toqquşmalar olan bir vəziyyətdə ciddi bir nailiyyət qazanmaq və ya qabağa getmək mümkündürmü? Bunun özü də bir sualdır. Burada səthi şəkildə demək ki, müxalifət birləşsə, hakimiyyət gedəcək, bu məsələyə qeyri-siyasi yanaşmadır. Müxalifət birləşsə belə, xalqın özü kifayət qədər aktiv bir mövqeyə çıxmayana qədər ciddi hakimiyyət dəyişiklikləri mümkün deyil. Quranda  belə bir ayə var: "Onlar özlərində olanı dəyişməyincə, mən onlara yardım etmərəm". Əgər insanlar bu vəziyyətdən çıxmaq istəmirlərsə, müxalifətin birləşməsi onları necə indiki hakimiyyətdən xilas edə bilər?"


Prezidentliyə namizəd, AĞ Partiyanın başqanı Tural Abbaslı müxalifətin birliyinin heç bir dəyişiklikliyə səbəb olmayacağını düşünür: “İndiki məqamda bugünkü müxalifətin birliyinin nəyisə həll edəcəyini düşünmürəm. Çünki demək olar ki, bu insanlar hər seçkidə bu və ya digər formada birləşiblər. Ancaq bu nəticəyə təsir etməyib. Birlikdə ilk növbədə səmimiyyət olmalıdır, hansı ki, indiyə qədər ki birliklərdə bunu qətiyyən görməmişik. Üstəlik, nəzərə alsaq ki, seçkilər artıq başlayıb və bu seçki müddəti cəmi 60 gündür, o zaman görərik ki, indiki məqamda belə geniş müzakirələrin ümumiyyətlə yeri yoxdur. Məncə kimsə birlik istəyindədirsə, ilk növbədə, namizədliyini verməli, namizəd kimi qeydiyyatdan keçməlidir. Daha sonra isə artıq namizədlərin birliyini və birgə fəaliyyətini təmin etmək lazımdır. Bu, indiki məqam üçün ən optimal konfiqurasiya olardı”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar