Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mütəllibov ona və xanımına ayrılan mühafizədən danışdı


2012-ci ildə “Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu qəbul olunub


Həmin qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. 

Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə dövlət tərəfindən üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.

Eks-prezidentlərdən yeganə sağ olan Ayaz Mütəllibov 20 illik mühacirətdən sonra 2012-ci ilin  iyulunda  Bakıya qayıdıb.

Maraqlıdır ki, eks-prezident Ayaz Mütəllibov ona ayrılan mühafizə xidmətindən razıdırmı?

Nə vaxtsa mühafizə xidmətindən imtina etmək istəyibmi?

Ayaz Mütəllibov Modern.az-a açıqlamasında deyib ki, mühafizə xidməti eks- prezidentlər haqqında qəbul edilmiş qanunla tənzimlənir. Qanuna qarşı çıxmaq doğru deyil.

Azərbaycana qayıtdığım gündən dövlət tərəfindən mənim üçün xüsusi mühafizə xidməti təşkil olunub. Sürücü və bir neçə mühafizə xidmətidir. Həm də işlərinin öhdəsindən çox yaxşı gəlirlər. Demək olar ki, evdən harasa getməyim mühafizəçinin müşayiəti ilə baş tutur. Gedəcəyim yerə bir neçə saat qalmış mühafizəçi ilə əlaqə saxlayıram. Mühafizəçimə xəbər verirəm, artıq hara və saat neçədə gedəcəyimizdən onun xəbəri olur. Mühafizə xidməti mən və həyat yoldaşım üçün ayrılıb. Mühafizəçinin övladlarıma və nəvələrimə aidiyyatı yoxdur. Amma mühafizə xidmətindən imtina etmək barədə düşünməmişəm. Bu, eks-prezidentlər haqqında qanuna zidd hərəkət olar”

Eks-prezident mühafizəçilərə ayrılan vəsaitdən də danışıb.

“Mühafizəçiyə ödənilən aylıq maliyyə vəsaiti dövlət tərəfindən tənzimlənir.Bu məsələlərlə mən məşğul olmuram. Mənim vəzifəm gedəcəyim yerə bir neçə saat qalmış mühafizəçiyə xəbər verməkdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar