Bazar, 24 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Mustafa Hacıbəyli polisə aparılıb

Müsavat Partiyasının mətbuat xidmətinin və bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyli iyulun 9-da günorta saatlarında 4 nəfər polis əməkdaşı təərfindən Binəqədi Rayon Polis İdarəsinə aparılıb


Müsavat Partiyasının başqanı Arif Hacılı Turan-a bildirib ki, polis əməkdaşları əvvəlcə M. Hacıbəylinin evinə gediblər.

Sonra onlar Müsavat Partiyasının qərargahına gedərək M. Haclıbəylinin onlarla Binəqədi Rayon Polis İdarəsinə gedəcəyini bildiriblər. Deyiblər ki, Binəqədi Rayon Polis İdarəsinin rəisi onunla görüşmək istəyir.

Müsavat başqanının qənaətincə, M. Hacıbəylinin polis idarəsinə çağırılması onun rəhbərlik etdiyi bastainfo.com saytı ilə bağlıdır.

Rəsmi qurumlar M. Hacıbəylinin polis idarəsinə çağırılmasının səbəbləri barədə hələ məlumat yaymayıblar.

pia.az
Etiket:
loading...