Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi – “Bəxtəvər”


Azərbaycan Dövlət Musiqili Teatrı bir çox ilklərlə zəngin olan daha bir yeni layihəyə imza atıb


Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı ilə güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı birlikdə tamaşa hazırlayacaq. Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridir.

Müştərək hazırlanacaq tamaşanın adı “Bəxtəvər”dir. Əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru İranın tanınmış və nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Sadiqcamalidir. İkitərəfli müzakirələrdən sonra layihənin icrasına başlanmasıyla bağlı qərar qəbul edilib. “Təbriz Teatrı ilə birlikdə həyata keçirəcəyimiz bu layihənin bir çox özəllikləri var. Tamaşada hər iki teatrın aktyorları rol alacaq. 

Tamaşanın biletləri ölkəmizlə yanaşı, İran İslam Respublikasının turizm şirkətlərində də satılacaq. Səhnə əsərini tamaşaçılara Novruz Bayramı ərəfəsində təqdim etməyi planlaşdırırıq. Bayram günlərində İrandan, soydaşlarımızın sıx yaşadığı bölgələrdən, əsasən də Təbrizdən ölkəmizə çoxsaylı turistlərin gələcəyi gözlənilir. Son dövrlər ölkə başçısı cənab İlham Əliyev Azərbaycanda turizmin inkişafı ilə bağlı bir sıra sərəncamlar imzalayıb, tapşırıqlar verib. Düşünürəm ki, Təbriz Teatrı ilə birlikdə hazırladığımız “Bəxtəvər” tamaşasının biletlərinin eyni zamanda İranda onlayn, turizm şirkətləri vasitəsilə satılması xüsusilə mədəni turizmin inkişafına töhfə ola bilər. 

Dünyanın hər yerində insanlar tətil proqramlarını öncədən planlaşdırırlar. Bayram günlərində İrandan Azərbaycana gələcək soydaşlarımız, turistlər mədəni istirahətlərini təmin etmək üçün tamaşamıza çox rahat şəkildə öz ölkələrində bilet ala biləcəklər. Bu yaxınlarda bizim teatr 35-ci Fəcr Beynəlxalq Teatr Festivalı çərçivəsində Təbrizdə çıxış edərkən onların Azərbaycana, Azərbaycan teatrına necə böyük bir sevgi, maraq və rəğbət bəslədiklərini gördüm. Düşünürəm ki, bu baxımdan “Bəxtəvər” adlı tamaşamız hər iki ölkədə böyük marağa səbəb olacaq. 

Festival günlərində ordakı soydaşlarımız internet vasitəsilə Musiqili Teatrın bir sıra tamaşalarını izlədiklərini, bəyəndiklərini bizə dəfələrlə söylədilər. Bütün bunalr Təbriz Teatrı ilə reallaşdıracağımız bu layihənin böyük uğur qazanacağına əsas verir”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar