Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrın kollektivi Şəhriyarın məqbərəsini ziyarət edib


Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib


Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını nümayiş etdirib.

 Tamaşanın nümayişindən öncə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi və Azərbaycan nümayəndə heyətinin üzvləri böyük şair, ustad Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini və Təbriz şəhərində yerləşən “Azərbaycan Muzeyi”ni ziyarət ediblər. 

Daha sonra “Ər və arvad” tamaşası festival iştirakçılarına və Təbrizli tamaşaçılara təqdim edilib. Böyük maraq və rəğbətlə qarşılanan tamaşanın nümayişi anşlaqa səbəb olub və təbrizlilərin xahişi ilə ikinci dəfə nümayiş olunub. Dövlət Musiqili Teatrının üç üzvü festivalın mükafatını qazanıb. Azərbaycan Respublikasının Əməkdar artistləri Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olublar. 

Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunan “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Təbrizdə iki dəfə uğurla nümayiş etdirilən tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar