Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrın həftəsonu afişası

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu - 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq


Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, 1, 2, 3 dekabr tarixlərində saat 12.00 və 19.00-da “Hacı Qara” (M.F. Axundzadə), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), “Bremen musiqiçiləri və Pen” (C. Barri, Qrimm qardaşları), “www.ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) və  “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Marina Litvinenko, Nadir Xasıyev, Nadejda Povelitsina, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Gülnarə Abdullayeva, Emil Heydərov, Gülcahan Salamova, Elçin İmanov, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, Gültac Əlili, Gülçöhrə Abdullayeva, Nicat Əli, Güldanə Əzimova, Səməd Xasıyev, Əmrah Dadaşov, Zarina Qurbanova, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov, Zaur Əliyev, Ruslan Mürsəlov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 3 dekabr saat 12.00-da R. Ağayeva, A. Xayt, A. Kurlyanskinin “Bir dayan, canavar!” əsəri uşaqlar üçün rus dilində nümayiş olunacaq. Balacalar həmçinin 2 dekabr saat 12.00-da C. Barri, Qrimm qardaşlarının “Bremen musiqiçiləri və Pen” nağıl-tamaşasını Azərbaycan dilində izləyə biləcəklər.

Həftəsonunu xoş ovqatla keçirmək istəyənlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar