Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrın fevral repertuarı zəngindir


Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün fevral ayı üçün repertuar planını açıqlayıb


Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu PİA.AZ-a bildirib ki, Dövlət Musiqili Teatrı bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. 

Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar “Silva” (İ. Kalman), “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyandski), “Düyməcik” (H.K. Anderson), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa səhnə əsərlərini izləyə biləcəklər. 

Fevral ayında Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası da planlaşdırılır. İlyas Əfəndiyevin eyni adlı pyesi və Qara Qarayevin musiqiləri əsasında hazırlanan “Mənim günahım” tamaşası fevralın əvvəllərində təqdim ediləcək. 

Ay boyu nümayiş olunacaq səhnə əsərlərində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artistləri Fatma Mahmudova və Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Cingiz Əhmədov, Emma Məlikova, Boris Qrafkin, Əzizağa Əzizov, Svetlana Bulax, Almaz Ələsgərli, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Firuz Məmmədov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Marina Litvinenko, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Elçin İmanov, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev,  Aydan Həsənova, Nicat Əli, Yuliya Heydərova, Rauf Babayev, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev, Gültac və Hüseyn Əlililər, Əmrah Dadaşov, Şaban Cəfərov, Elnarə Nağdəliyeva, Nigar Qarayeva, Nahid İsgəndərzadə, teatrın 10 yaşlı aktyoru Rahib Məmmədzadə və başqalarının ifalarını izləyə biləcəklər. 

Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını səmərəli və xoş keçirmək arzusunda olan hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar