Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrın azyaşlı aktyoru mukafata layiq görülüb

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Azerbaijan Golden Kids Awards-2018" layihəsinin qalibləri arasında Musiqili Teatrın 13 yaşlı aktyoru Rahib Məmmədzadə də var


İstedadı ilə hər zaman həmyaşlarından fərqlənməyi bacaran bu xarizmatik oğlan teatr və kino sahəsində indiyə qədər qazandığı uğurlarına görə bu layihədə “Ən yaxşı teatr və kino aktyoru” nominasiyasının qalibi olub və “Diplom”la təltif edilib. 

İncəsənətə və teatra dəyər verən ailənin övladı kimi Rahib Məmmədzadə 2 yaşından Musiqili Teatrın səhnəsinə can atıb və hələ körpə ikən Ü.Hacibəylinin "O olmasın, bu olsun" tamaşasında kütləvi səhnələrdə iştirak edib. Daha sonra 9 yaşında olarkən “Yatmış gözəl və cırtdanlar (Ş.Pero, səhnələşdirəni A.Sadıqov) tamaşasında Şahzadə Villi obrazında səhnəyə çıxıb. 10 yaşında ona ən böyük uğur gətirən E.Əfəndiyevin "Baladadaşın toy hamamı" tamaşasında Baladadaşın balaca dostu Ağa Nəcəf rolunu ifa edib və bu roluna görə Rahib teatr rəhbərliyinin hər mövsümün sonunda təşkil etdiyi mükafatlandırma mərasimində “Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı” diplomu ilə təltif olunub. 
Bundan əlavə, Rahib bir çox beynəlxalq tədbirlərdə iştirak edib. Qardaş Türkiyədə keçirilən "23 Nissan çocuk festivalı”nın iştirakçısı olub. Rahib Space tv-də yayımlanan “3 bacı” serialında, Xəzər tv-də yayımlanan "Həyat Sən nə qəribəsən”, "Bir ailəm var" və "Ailəcanlı" serialında ifa etdiyi rolları ilə tamaşaçıların sevgisini qazanıb. 

Hal-hazırda Musiqili Teatrda Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsəri əsasında hazırlanan "Balaca şahzadə" tamaşasında Balaca şahzadə obrazı üzərində çalışır. 
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar