Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrın aktyoru vəfat edib


Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib


Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, mərhum aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunacaq.

Ziyadxan Azad oğlu Cəbrayılov 1 iyun 1947-ci ildə Şamaxı rayonunda dünyaya göz açıb. 1970-ci ildə Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı Xalq Yaradıcılıq Evində «Qaravəlli» xalq teatrının rejissoru vəzifəsində çalışıb. 1975-ci ildə Əbilov adına Mədəniyyət Evinin Təşviqat briqadasının rəhbəri olub. 1977-ci ildə İncəsənət İnstitutunun «Musiqili-komediya aktyorluğu» fakultəsinə qəbul olunub. 1985-ci ildə «İRS» folklor ansambılında aktyor kimi fəaliyyətə başlayıb. 1970-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında (Azərbaycan Dövlət Musiqili Komediya Teatrında) aktyor kimi çalışıb. 

Teatrda işlədiyi müddət ərzində Əbülhəsən (“Subaylarınızdan görəsiniz”, S. Ələsgərov), Kar Möhsüm (“Beş manatlıq gəlin”, S. Rüstəmov), Həkim (“Hicran”, S. Rəhman, E. Sabitoğlu),  Aşbaz (“Məlikməmmədin nağılı”), Qəzetçi Səfdər (“Özümüz bilərik”, S. Ələsgərov), Fərrux kişi (“Nəğməli Könül”, E. Sabitoğlu, X. Hasilova), Biznesmen (“Məsmə xala dayımdır”, R. Mustafayev), Canavar, Meşəbəyi (“Qırmızıpapaq”, Y. Şvarts, E. Sabitoğlu), Axund Vəli (“Bir saat xəlifəlik”, R. Şəfəq), Kələntər (“Hərənin öz ulduzu”, S. Ələsgərov), Xəstə (“Məhəbbət oyunu”, C. Quliyev), Cangüdən (“Səhnədə məhəbbət”, S. Fərəcov), Yunis (“Talelər qovuşanda”, R. Hacıyev), Polis (“Əlin cibində olsun”, O. Rəcəbov), Sələmçi (“Bir günlük siğə”, S. Fərəcov), Jevakin (“Evlənmə”, N.V. Qoqol), Molla Salman (“Kimyagər”, S. Kərimi, Ə. Ol), Əcnəbi (“Qızıl toy”, O. Kazımi, R. Heydər), Zərgər (“Bankir adaxlı”, E. Sabitoğlu, T. Vəliyeva), Polis (“Şeytanın yubileyi”, O. Rəcəbov), Axund (“Toya bir gün qalmış”, Ə. Səmədli) və başqa obrazları özünəməxsus ustalıqla canlandırıb.

Allah rəhmət eləsin!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Ən çox oxunanalar