Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrın aktyorları Fəcr Festivalında mükafata layiq görülüb


Azərbaycan Dövlət Musiqili Teatrının İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakı uğurla yekunlaşıb


Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatr dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını təqdim edib. 

Tamaşanın nümayişi anşlaqa səbəb olub. Səhnə əsəri festival iştirakçıları və Təbrizli tamaşaçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb. Məhz bu böyük  maraq və sevginin nəticəsi olaraq Təbrizli tamaşaçıların xahişi ilə “Ər və arvad” tamaşası ikinci dəfə nümayiş olunub. 

Yaradıcı heyətin ruh yüksəkliyi ilə oynadığı səhnə əsəri yüzlərlə Təbriz sakininin böyük çoşqusuna səbəb olub. “Kollektivimizin üç üzvü bu möhtəşəm festivalın mükafatını qazandı. Azərbaycan Respublikasının Əməkdar artistləri Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib oldular. Mükafatlar təqdim olunarkən bütün zal ayağa qalxıb onları alqışlayırdı. Bunun özü bizə olan böyük sevginin göstəricisi idi. Sevinirəm ki, Musiqili Teatr 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında ölkəmizi layiqincə təmsil etdi, beynəlxalq arenada daha bir uğura imza atdı”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.

Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunan “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar