Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrın İslamiadanın ilk həftəsi üçün repertuarı


Açılış mərasimi 12 may tarixində baş tutacaq “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara bu gündən etibarən start verilib


Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatr İslamiada ilə əlaqədar may ayında xüsusi repertuarla çıxış edəcək. 

Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ilk həftəsində Dövlət Musiqili Teatrında 9 tamaşa nümayiş olunacaq. 9, 10, 11, 12, 13, 14 may tarixlərində saat 12.00 və 19.00-da “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Mənim günahım” (İ. Əfəndiyev), “Fransızsayağı qarnir” (M. Kamoletti), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Talelər qovuşanda” (R. Hacıyev), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Kurlyanskiy, A. Xayt) və “Ər və arvad” (Ü. Hacıbəyli) tamaşaları təqdim ediləcək. 

Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gəlmiş qonaqlar – azarkeşlər, yarış iştirakçıları, turistlər Ə. Haqverdiyevin “Kimdir müqəssir?”, Ü. Hacıbəylinin “Ər və arvad”, R. Hacıyevin “Talelər qovuşanda” tamaşalarını ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə izləyə biləcəklər.

Musiqili Teatr rusdilli və balaca tamaşaçılarını da unutmayıb. Belə ki, 11 may tarixində saat 19.00-da M. Kamolettinin “Fransızsayağı qarnir” əsəri böyüklər, 14 may tarixində saat 12.00-da R. Ağayeva, A. Kurlyanskiy, A. Xaytın “Bir dayan, canavar!” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” əsəri 13 may tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq. 

Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Fatma Mahmudova, Şükufə Yusupova, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Emma Məlikova, Əzizağa Əzizov, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Çingiz Əhmədov, İlham Hüseynov, Əkbər Əlizadə, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Emil Heydərov, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Aydan Həsənova, Elməddin Dadaşov, Gültac Əlili, Şaban Cəfərov, Gülnarə Əzizova, Atəş Qarayev, Elnarə Nağdəliyeva, Əmrah Dadaşov, Fərid Rzayev, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Cəlalə Novruzlu və başqalarının ifalarını izləyə biləcəklər.

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar