Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrın 80 yaşlı əməkdaşı mükafatlandırıldı


Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşı Dolores Bəymuradova mükafatlandırılıb

Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bu barədə əmr imzalayıb. Əmrə əsasən teatr sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə hazırda teatrda müqavilə yolu ilə çalışan orkestr artisti (konsertmeyster) Bəymuradova Dolores Rəhimovna mükafatlandırılıb. 

Qey edək ki, Dolores Bəymuradova 1961-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışmağa başlayıb. Kontrabas ifaçısı olan D. Bəymuradova teatrın cari repertuarında olan tamaşaların böyük əksəriyyətində çıxış edir. Təqribən 60 ildir ki, orkestr heyətində çalışan sənətçi xanım 80 yaşı tamam olmasına baxmayaraq bu gün də kollektivdə, sözün yaxşı mənasında, seçilməyi bacarır. D. Bəymuradova “O olmasın, bu olsun”, “Ər və arvad”, “Arşın mal alan” (Ü. Hacıbəyli), “Qafqazlı qardaşqızı” (R. Hacıyev), Q. Qarayevin musiqiləri əsasında “Mənim günahım” (İ. Əfəndiyev), “Silva” (İ. Kalman), “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), “Mən dəyərəm min cavana” (E. Sabitoğlu, T. Vəliyeva), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), “999-cu gecə” (F. Əmirovun musiqiləri əsasında), “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva) və başqa səhnə əsərlərində uğurla çıxış edir.

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Dolores Bəymuradovanı 80 illik yubileyi müasibəti ilə bir daha təbrik edir, ona səmərəli iş fəaliyyətində uğurlar arzulayır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar