Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda “Bankir adaxlı” – Aprelin 16-da


Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq


 Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşanın nümayişi 16 aprel tarixində saat 19.00-da baş tutacaq. Komik situasiyalarla zəngin və dinamik süjet xəttinə malik olan səhnə əsəri hər nümayiş zamanı tamaşaçıların böyük marağına səbəb olur və Musiqili Teatrın ən çox tələb olunan tamaşaları sırasındadır. 

Qeyd edək ki, tamaşada rolları Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Fərid Rzayev və Rəşad Məmmədov ifa edirlər. 

Tamaşanın quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, dirijoru Əməkdar incəsənt xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur. 

Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla yekunlaşdırmaq istəyən hər kəsi bu maraqlı səhnə əsərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Ən çox oxunanalar