Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda “Baladadaşın toy hamamı”nın müzakirəsi olub


Azərbaycan Dövlət Musiqili Teatrında Xalq yazıçısı Elçinin hazırda məşqləri gedən “Baladadaşın toy hamamı” musiqili komediyasının (bəstəkarı Firudin Allahverdi, liberetto müəllifi Novəl Vəliyev, şeirlərin müəllifi Vüqar Əbdulov) səhnə tərtibatının eskizlərinin müzakirəsi ilə bağlı dinləmələr keçirilib


Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu PİA.AZ-a bildirib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev yeni tamaşanın məziyyətləri, süjet xətti, ideyası, günümüzlə səsləşən məqamları haqqında məlumat verib. 

Ə. Lalayev qeyd edib ki, “Baladadaşın toy hamamı” əsəri ümumilikdə, Abşeron, Bakı kəndləri, burada yaşayan insanların saf, təmiz duyğuları, həyat tərzi haqqında tamaşaçıda dolğun təəssürat yaradır. Sonra tamaşanın quruluşçu-rəssamı, Xalq rəssamı Tahir Tahirov hazırladığı eskizlər haqqında məluumat verib. Tamaşanın quruluşçu rəssamı, Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, direktor müavinləri, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov, Hüseyn Hüseynov, tamaşanın liberotto müəllifi, Əməkdar artist Nofəl Vəliyev, rəssam Elgün Vəliyev, quruluş hissə müdiri Həmid Kazımzadə, geyim üzrə rəssam Yelena Almazova və texniki Şuranın digər üzvləri çıxış ediblər. Xalq rəssamı Tahir Tahirov tərəfindən işlənən baxımlı və maraqlı tərtibat müəyyən təkliflərlə qəbul olunub.

Gülyanaq İsmayılqızı
pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar