Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda həftəsonu 5 tamaşa nümayiş olunacaq


Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 14, 15, 16 aprel tarixlərində saat 12.00 və 19.00-da "Fransızsayağı qarnir" (M. Kamoletti), "Yağış göbələyinin macərası" (R. Şəfəq, V. Zimin), "Arşın mal alan" (Ü. Hacıbəyli), A. Sadıqovun səhnələşdirdiyi "Yatmış gözəl və cırtdanlar" (Ş. Pero), "Bankir adaxlı" (E. Sabitoğlu, T. Vəliyeva) tamaşaları təqdim ediləcək. 

Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları - Azərbaycan Respublikasının xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Almaz Ələsgərli, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Elxan İsmayılov, Gülnarə Abdullayeva, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Aydan Həsənova, Ruslan Mürsəlov, Gültac Əlili, Şaban Cəfərov, Gülnarə Əzizova, Atəş Qarayev, Zarina Qurbanova, Əmrah Dadaşov, Fərid Rzayev, Güldanə Əzimova, Nahid İsgəndərzadə, Murad Əliyev və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 14 aprel tarixində saat 19.00-da M. Kamolettinin "Fransızsayağı qarnir" əsəri böyüklər, 15 aprel tarixində saat 12.00-da R. Şəfəq, V. Ziminin "Yağış göbələyinin macərası" nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin Ş. Peronun "Yatmış gözəl və cırtdanlar" əsəri 16 aprel tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar