Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi anılıb


Azərbaycan Dövlət Musiqili Teatrında mərhum aktrisa, Respublikanın Əməkdar artisti Gülnar Salmanovanın xatirəsi yad olunub


Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasının növbəti nümayişi Gülnar xanım Salmanovanın 60 illiyinə həsr olunub. 

Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova G. Salmanovanın həyat və yaradıcılığı haqqında çıxış edib. V. Mühacirova aktrisanın canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, Gülnar xanımın özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb. “Əslində, “Baladadaşın toy hamamı” tamaşasında Şəfiqə obrazını Gülnar xanım canlandırmalıydı. Çox təəssüf ki, vaxtsız ölüm buna imkan vermədi. “Baladadaşın toy hamamı” tamaşasının bugünkü nümayişinin Gülnar xanım Salmanovanın 60 illiyinə həsr olunmasının səbəbi də məhz budur. Allah Gülnar xanıma rəhmət eləsin! Onun işıqlı xatirəsi daima bizim qəlbimizdə yayşayacaq”, - deyə V. Mühacirova bildirib.

Qeyd edək ki tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artisti Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Nahidə Orucova, Səidə Şərifəliyeva, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Aydan Həsənova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Gülnarə Əzimova, Fərid Rzayev, Hüseyn Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Musiqili Teatrın on yaşlı aktyoru Rahib Məmmədzadə və başqaları ifa ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar