Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatr Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında

2017-ci il 18-26 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək


Artıq beynəlxalq mədəni arenada kifayət qədər böyük nüfuza malik olan bu mötəbər tədbir zəngin və rəngarəng reqlamentə malikdir. Azərbaycan Dövlət Musiqili Teatrı həmişəki kimi bu il də Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edəcək. 

Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı festivalda dahi Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarını nümayiş etdirəcək. “Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir. Belə şəxsiyyətlər yüz ildən, min ildən bir yaranır. Böyük novator olan Üzeyir bəyin milli mədəniyyətimizə bəxş etdiyi töhfələr təkcə bizim xalqımızın deyil, ümumiyyətlə, Yaxın Şərqin tarixində bir ilkdir. Elə bizim teatrın əsası da cəhalətin və xurafatın daha çox hökmran olduğu 1910-cu ildə Üzeyir bəyin “Ər və arvad” iki hissəli musiqili komediyası ilə qoyulub. Hal-hazırda cari repertuarımızda Üzeyir bəyin 3 əsəri yer alır. Hər tamaşada tamaşaçı salonu demək olar ki, dolu olur. Bu, ilk növbədə xalqımızın Üzeyir Hacıbəylinin əbədiyaşar irsinə verdiyi qiymətin göstəricisidir. Kollektivimiz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına xüsusi hazırlaşıb. Festival tədbirləri çərçivəsində iki gün ard-arda “Arşın mal alan” və “O olmasın, bu olsun” tamaşaları ilə çıxış edəcəyik. Tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edəcək. Bu ünlü sənətçi məhz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakımızla bağlı Bakıya dəvət olunub. Hal-hazırda Bakıda olan Bərdia Kiyarəsin teatrımızda orkestrlə, aktyor heyəti ilə məşqləri davam edir”, - deyə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.

Qeyd edək ki, “Arşın mal alan” tamaşası 23 senytabr, “O olmasın, bu olsun” əsəri isə 24 sentyabr tarixində saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar