Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatr I Avropa Oyunları ilə bağlı hesabat verdi


Azərbaycanda keçirilən I Avropa Oyunları dünya idman tarixində möhtəşəm bir səhifə oldu


Sülhün, dostluğun və birliyin rəmzi olan bu oyunlar Azərbaycan mədəniyyətinin təbliği baxımından da çox mühüm rol oynadı və nəinki Avropada, hətta bütün dünyada mədəni irsimizə böyük maraq yaratdı.

 Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu PİA.AZ-a bildirib ki, ötən 17 gün ərzində dünyanın idman paytaxtına çevrilən Bakı Avropanın müxtəlif ölkələrindən gəlmiş qonaqları bütün cəhətləri ilə heyran etdi. Bu müddət ərzində qonaqlar mütəmadi olaraq müxtəlif sənət məbədlərimizi – muzeylərimizi, tarixi abidələrimizi, ələlxüsus da teatrlarımızı ziyarət edirdilər. 

Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə danışarkən qeyd edib ki, 17 gün ərzində xüsusi olaraq I Avropa Oyunları ilə əlaqədar təşkil olunmuş repertuara əasasən Musiqili Teatrda 15 tamaşa nümayiş olunub. Tamaşalar Azərbaycan və rus dilləri ilə yanaşı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə olunaraq tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbilərə təqdim olunub. 11-28 iyun arası Musiqili Teatrda “Ər və arvad”, “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Skapenin kələkləri” (J.B. Molyer), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, F. Zöhrabov), “Fransızsayağı qarnir” (M. Kamoletti) və başqa tamaşaları ümumilikdə dörd mindən çox tamaşaçı izləyib. Bu tamaşaçılar arasında Macarıstan, İtaliya, Almaniya, Kipr, Türkiyə, Rusiya Federasiyası, İngiltərə, İspaniya, Moldova, Polşa, Bolqarıstan, Danimarka, Fransa, Ukranya və başqa dövlətlərdən gəlmiş əcnəbilər də olub. Həmin günlərdə nümayiş olunan uşaq tamaşalarında da – “Düyməcik” (Q.X. Anderson), “Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts), “Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurilyanski) – qonaqlar yüksək fəallığı ilə diqqət çəkiblər. Tamaşalardan sonra teatr rəhbərliyi və yaradıcı kollektivlə söhbət edən qonaqlar Musiqili Teatrın unikal binasına, burada yaradılmış şəraitə heyran qaldıqlarını xüsusi olaraq vurğulayıblar. Qeyd ediblər ki, bənzərsiz Azərbaycan musiqisini, mədəniyyətini, Bakını, ümumilikdə Azərbaycanı, xalqımızı hər zaman xoş duyğularla xatırlayacaqlar. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar