Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatr Beynəlxalq festivalda iştirak edəcək


Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək Beynəlxalq Teatr Festivalına dəvət olunub


Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu PİA.AZ-a bildirib ki, söhbət yeni ilin ilk günlərində Təbriz şəhərində baş tutacaq 35-ci Fəcr Beynəlxalq Teatr Festivalından gedir. 

Teatrın kollektivi bu münasibətlə yeni ilin ilk günlərində - 2017-ci il 13-18 yanvar  tarixlərində İran İslam Respublikasına səfər edəcək. Festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyası nümayiş olunacaq. “35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunmağımız kollektivimiz üçün əsl Yeni İl hədiyyəsi oldu. İnanıram ki, Musiqili Teatr yeni ilin ilk günlərində ölkəmizi bu mötəbər festivalda layiqincə təmsil edəcək. Qeyd edim ki, 1910-cu ildə bu əbədiyaşar əsərlə - “Ər və arvad” tamaşası ilə bugünkü Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Əsər 107 ildir ki, səhnədədir və tamaşaçılarımız tərəfindən ən çox sevilən, böyük maraq və rəğbətlə qarşılanan səhnə əsərlərindən biridir”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır. Rolları Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edəcəklər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar