Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatr Beynəlxalq festivala yola düşdü


Bu gün Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək Beynəlxalq Teatr Festivalına yola düşüb


Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı İranda keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyası ilə ölkəmizi təmsil edəcək. Teatrın kollektivi bu münasibətlə 13-18 yanvar  tarixlərində Təbrizdə səfərdə olacaq. “35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunmağımız və ölkəmizi bu Beynəlxalq festivalda təmsil etməyimiz kollektivimizdə ikiqat məsuliyyət hissi və ruh yüksəkliyi yaradıb. Bu mötəbər festivaldakı çıxışımızın uğurlu alınacağına inanıram.

 Ümumiyyətlə, 2017-ci ilin Musiqili Teatr üçün uğurla başladığını deyə bilərik. Bir neçə gün öncə - yanvarın 11-də teatrımızın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanı təhvil verdik. İmre Kalmanın dünyaca məşhur olan “Silva” operettasının premyerasını çox böyük uğurla keçirtdik və bu səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

 Yanvar ayının sonlarında isə daha bir premyera gözlənilir. Təqdim etməyə hazırlaşdığımız İlyas Əfəndiyevin “Mənim günahım” əsərinin də uğur qazanacağına, tamaşaçılarımız tərəfindən seviləcəyinə inanıram”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.
Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunacaq “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Təbrizdə göstəriləcək tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edəcəklər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar