Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müşavirin qızıllarını oğurlayan şəxs oğlu tərəfindən gizlədilir

Ziya Məmmədovun müşavirinin qızıllarını oğurlayan şəxs gizlədilirin polis oğluATASINI ƏDALƏT MÜHAKİMƏSİNDƏN GİZLƏDİR


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov daxili işlər naziri Ramil Usubova müraciət edib. 

Gununsesi.info-nun xəbərinə görə, müraciətdə deyilir:

“Cənab nazir, Rövşən Əhmədovun barəsində məhkəmə həbsli axtarış qərarı verib. Nəzərinizə çatdırım ki, Rövşən Əhmədov Bakı Apellyasiya Məhkəməsinin inzibati binasına gəlsə də, oğlunun təhriki ilə məhkəmə binasına daxil olmayaraq, qaçıb ərazini tərk etmişdi. Bu hal məhkəmə prosesləri zamanı dəfələrlə baş vermişdi. Nəticədə məhkəmə Rövşən Əhmədov barəsində dəfələrlə qətimkan tədbirinin tələbini pozduğu üçün həbsli axtarış qərarı vermişdi. Təəssüf ki, Rövşən Əhmədovu gizlədən oğlu DİN-də inspektor vəzifəsində çalışan polis zabiti Şahmar Əhmədovdur. Belə ki, o, açıq şəkildə vəzifə səlahiyətindən sui-istifadə edib əvvəllər dəfələrlə cinayət törətmiş Rövşən Əhmədovu ədalət mühakiməsindən gizlədir. Çəkinmədən “onu heç kəs tapa bilməz” kimi xəbər də göndərir. Eyni zamanda müxtəlif “reket” mətbuatla diqqəti yayındırmaq üçün şər-böhtan xarakterli məlumatlar yayır. Bu gün konkret olaraq Rövşən Əhmədovun barəsində məhkəmənin həbsli axtarış qərarı var. Üç dəfə barəsində cinayət törətdiyinə görə hökm çıxıb. Maraqlıdır polis zabiti Şahmar Əhmədovun vəzifəsi cinayətkarlıqla mübarizədir, yoxsa cinayətkarı qaçırıb ədalət mühakiməsindən  gizlətmək?

Çingiz Baxşıyevin və onun ailə üzvlərinin külli miqdarda qızıl-zinət əşyalarını mənimsəməkdən sonra 2 gün ərzində 700 min manatlıq əmlak əldə ediblər. Bu fakt ortaya çıxandan sonra Rövşən Əhədovun ailəsi müxtəlif görüntülər yaratmaqla bizə təyziq edirlər. Bundan başqa, qanunsuz olaraq avtomobilin dövlət qeydiyyat nişanı Rövşən Əhmədovun oğlu Şahmar Əhmədovun satması ilə bağlı Daxili İşlər Nazirliyinə videomaterial da göndərmişik. O, vəzifə səlahiyyətini aşıb, etibardan sui-istifadə edib. Amma onun himayədarları sizə göndərdiyimiz onlarla şikayəti ört-basdır ediblər, araşdırılmasına imkan vermirlər. Əgər onun əməllərinə vaxtında DİN-in Daxili Təhqiqat  idarələrinin biri qiymət versəydi, o bu gün heç nədən çəkinmədən ağır cinayətin törədilməsində ittiham olunan atasını gizlətməzdi.

Cənab nazir, biz Sizə və hüququn aliliyinə inanırıq və növbəti dəfə müraciət edərək hüquqlarımızın bərpa olunmasına nail olacağıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar