Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müşavirin istefası Tramp administrasiyasına inamı sarsıdıb


Ağ evin təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinnin istefaya getməsi ABŞ-da böyük qalmaqal yaradıb


Qəzetlər bunun Ağ evi böhrana saldığını, bəziləri administrasiyaya etimadı alt-üst etdiyini yazırlar.

M.Flinn vəzifə başına keçməmiş Rusiyanın ABŞ-dakı səfiriylə mütəmadi danışıqlar apardığına, siyasi məsələləri müzakirə etdiyinə görə qınaqla üzləşib və dünən – fevralın 14-də istefaya getdiyini elan edib.

«The Washington Post» qəzeti yazır ki, Tramp administrasiyası M.Flinnin təcili istefaya getməsi haqda qərar qəbul etməklə qalmaqala son qoymağa çalışıb, ancaq məsələ bir az da uzanıb. Həm Demokrat, həm də Respublikaçı konqresmenlər araşdırma aparılmasını, Ağ evin müşavirlərinin Rusiyayla əlaqələrinin öyrənilməsini tələb edirlər.

Senatdakı çoxluğun lideri Mitç Makkonel deyib ki, M.Flinnin gedişinə səbəb olan hadisələr Rusiyanın ABŞ seçkilərinə müdaxiləsiylə bağlıtədqiqat işinə əlavə edilməlidir.

«The New York Times» qəzeti isə D.Trampın seçki kampaniyası köməkçilərinin rus kəşfiyyatıyla dəfələrlə əlaqə saxladığını, bunu əldə edilən səs yazılarının, telefon danışıqlarının sübut etdiyini yazır. Qəzet 4 Amerika rəsmisinə istinad etdiyini bildirir. Araşdırma davam etdiyindən rəsmilər adlarının açıqlanmasını istəməyiblər. Amma D.Trump-ın ətrafındakıların ruslarla telefon danışıqlarının sayının çox olmasının kəşfiyyatı ciddi şübhələndirdiyini söyləyiblər.



Ruslarla danışıqları qeydə alınanlardan biri D.Trampın seçki kampaniyasına keçən il başçılıq etmiş Paul Manafortdur. Digərlərinin adı açıqlanmır.P.Manafort «The New York Times»a müsahibəsində ittihamları qəti rədd edib, deyilənləri «cəfəngiyat» adlandırıb. Lakin M.Flinn də əvvəl hərşeyi inkar edirdi.

Qəzet D.Trampın ətrafında Rusiyayla iş əlaqələri olan biznesmenlərin çox olduğunu xatırladır, amerikalı iş adamlarının Rusiya, ya da Ukrayna kimi ölkələrdə, yəni casusların geniş yayıldığı yerlərdə kəşfiyyatla əlaqəyə girməsinin qeyri-adi şey olmadığını qeyd edir. Amma bu əlaqələrin biznes həddini keçmədiyini necə müəyyən edirlər? Hüquq-mühafizə orqanları bu haqda danışmırlar.

Adının açıqlanmasını istəməyən rəsmilər də təkcə Tramp administrasiyasının şübhəli üzvlərinin deyil, danışıqlarda iştirak edən rus kəşfiyyatınümayəndələrinin də haqqında bir söz demirlər. Sadəcə, Rusiyanın seçki kampaniyasına müdaxilə etdiyini və danışıqların da bu yöndə aparılan tədqiqatın bir hissəsi kimi araşdırıldığını bildirirlər. Federal Tədqiqatlar Bürosu (FBI), eləcə də Ağ ev bu haqda danışmaqdan imtina edir. Ağ evin sözçüsü Şon Spayser təkcə onu deyib ki, D.Trampın kampaniyasından heç kim seçkidən öncə rus rəsmiləriylə danışmayıb.



Amma «The New York Times» qəzeti Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovun  ABŞ-da seçkidən iki gün sonra dediklərini xatırladır. O zaman S.Ryabkov kampaniya zamanı D.Trampın komandasıyla ünsiyyətdə olduqlarını söyləmişdi. Rusiyanın «Interfax» agentliyinə müsahibəsində nazir müavini D.Trampın ətrafındakı adamların çoxunun onlara tanış olduğunu da demişdi.

D.Tramp özü isə keçən yay seçiciləriylə görüşlərindən birində deyibmiş ki, o, rusların kəşfiyyat xidmətinin Hillari Klintonun e-mail-lərini ələ keçirdiyinə və bu e-mail-ləri ictimaiyyətə açıqlayacağına ümidlidir.

Rusiyada isə Kreml ABŞ milli təhlükəsizlik müşaviri Michael Flynn-in Rusiya ilə “xoşagəlməz” münasibətləri barədə iddialarla bağlı istefasını Vaşiqntonun “daxili işi” adlandırır. Ancaq Kremlə bağlı siyasətçilər və analitiklər bir ağızdan bunu Amerika “qırğılarının” ABŞ-Rusiya yaxınlaşması perspektivlərinə zərbəsi kimi qiymətləndiriblər.

Onlar bu zərbənin arxasında ABŞ mediasının, demokratların, kəşfiyyatın və onların təbirincə deyilərsə, “rusofob” respublikaçıların dayandığınıdeyirlər.

Rusiya prezidentinin mətbuat katibi Peskovun, Rusiya Xarici İşlər Nazirliyinin “hər hansı bir şərhdən” çəkinməsinə baxmayaraq? hökumətə bağlısiyasətçilər bu istefanı çox qızğın müzakirə edirlər. Rusiya Federasiya Şurasının üzvü və Dövlət Dumasının Xarici İşlər Komitəsinin keçmiş başçısıAleksey Puşkov yazdığı tvitə “New York Daily Mail” qəzetinin ön səhifəsinin şəklini əlavə edib: “Rusiya çıx get”.



Onun fikrincə bu, ABŞ-ın əsas media qurumlarının Flinni yox, Rusiya ilə münasibətləri aqressiv şəkildə hədəfləməsinin göstəricisidir. Dumanın Xarici İşlər Komitəsinin hazırkı başçısı Leonid Slutski də Interfax agentliyinə təxminən eyni fikri bildirib. O deyib ki, Flinnin istefaya məcbur edilməsindən məqsəd ABŞ-ın yeni administrasiyasının gözdən salınması və Rusiya-Amerika münasibətlərinin hədəflənməsidir.

Rusiya Elmlər Akademiyasının Şimali Amerika eksperti Sergey Kislitsin isə deyib ki, Flynn Britaniya və ya Fransa səfiri ilə telefon söhbəti etsəydi, buna anormal baxılmazdı. Ekspert bildirib ki, Flinn Tramp administrasiyası ilə onun opponentləri arasında gedən çarpışmanın qurbanı olub.

Federasiya Şurasının üzvü və Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçyov isə deyib ki, Birləşmiş Ştatlarda Rusiya ilə hətta dialoqa can atılmasına da cinayət əməli kimi baxılır.

Kosaçyovun fikrincə Flinnin Rusiya ilə dialoqa can atması, Makkeyn və onun kimi başqa respublikaçıların münasibətindən qat-qat yaxşı idi.Rusiyanın Birləşmiş Ştatlar və Kanada İnstitutunun eksperti Vladimir Batyukun fikrincə, Flinnin istefası “Moskvanın yeni ABŞ administrasiyasına inamına vurulmuş ciddi zərbədir”.



Ekspert deyib ki, “Rusiya səfiri Kislyakla söhbət edərkən Flinn prezidentin adından danışdığına əmin olub, amma indi bunun belə olmadığıdeyilir”. Batyuk hesab edir ki, Rusiya-Amerika münasibətlərinin perspektivlərinə güclü zərbə dəyib.

Maraqlıdır ki, son vaxtlar Rusiyanın əlində alətə çevrildiyi deyilən WikiLeaks saytı Flinnin istefasına elə Rusiya ekspertləri kimi reaksiya verib. Saytın postladığı tvitdə deyilir ki, “Flinn ABŞ casuslarının, demokratların və medianın apardığı pozucu kampaniyaya görə istefaya gedib”.

Populyar “Moskovski Komsomolets “qəzeti isə yazır ki, Flinnin süqutunda əsas rolu onun Rusiya səfiri ilə telefon söhbəti yox, 2015-ci ildə Moskvada RT-nin 10 illiyinə həsr edilmiş təntənəli ziyafətdə Putinlə eyni masada oturması oynayıb. Qəzet Flinnin hərəkətini təsvir etmək üçün 18-ci əsr fransız xarici işlər naziri Taleyranın məşhur ifadəsini misal gətirir: “Bu cinayətdən də pisdir. Çünki bu səhvdir”. (“Azadlıq” radiosunun xülasəsi)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar