Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatdan “NİDA“çı məhbuslarla bağlı bəyanat


Müsavat Partiyası həbsdə olan NİDA Vətəndaş Hərəkatı üzvləri ilə bağlı bəyanat verib


PİA.AZ-ın musavat.com-a istinadən  məlumata görə, bəyanatda deyilir:

2013-cü il 7 mart tarixindən “N!DA” Vətəndaş Hərəkatı  üzvü olan gənclərə qarşı başlayan repressiyalar Bəxtiyar Quliyevin, Şahin Novruzlunun, Məmməd Əzizovun, Rəşad Həsənovun, Üzeyir Məmmədlinin, Rəşadət Axundovun, Zaur Qurbanlının və İlkin Rüstəmzadənin qanunsuz və əsassız həbs olunması ilə nəticələndi. Milli Təhlükəsizlik Nazirliyinin tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilən və Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan “N!DA” Vətəndaş Hərəkatı fəallarının məhkəmə istintaqı artıq yekunlaşıb. Bugünkü prosesdə dövlət ittihamçısı sübut əhəmiyyəti kəsb etməyən yalan məlumatları yenidən təkrarlayaraq, məhkəmə araşdırmalarını saxtalaşdıraraq, gənclərə ağır cəza istəyib. Hətta ittihamçı bu şəxslərin öz qurama “sübutlarına” əsasən əməllərinin hələ cinayətə hazırlıq mərhələsində olduğunu da belə unutmuşdur.

Həbs olunan gənclər dövlət ittihamçısının əsassız olaraq onlara ağır cəza istəməsinə etiraz olaraq aclıq aksiyasına başlamaq barədə qərar veriblər.

“N!DA” Vətəndaş Hərəkatının üzvü olan gənclərin məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin və onların vəkillərinin verdikləri vəsatətlərin böyük əksəriyyətinin qəbul edilməməsi, gənclərə verilən işgəncə faktlarının ortaya çıxması, öyrədilmiş şahidlərin izahatları və onların verdikləri ifadələr arasında aşkara çıxan ziddiyyətlərin araşdırılmaması və nəhayətdə dövlət ittihamçısının ittihamını yenidən səsləndirərək, həbs cəzası istəməsi ədalət mühakiməsinin siyasi qərar əsasında fəaliyyət göstərdiyini bir daha təsdiqləyir. Beynəlxalq təşkilatlar və bir sıra dövlətlərin səfirlikləri tərəfindən bu məhkəmə proseslərinin siyasi sifarişlə həyata keçirildiyi bəyan edilsə də, Azərbaycan məhkəmələri bu cür qanunsuzluqları davam etdirir.

Müsavat Partiyası siyasi sifarişlər əsasında verilən məhkəmə hökmlərinin Avropa İnsan Haqları Konvensiyasının prinsiplərinə zidd olduğunu və nəticədə günahsız insanların zindanlara atılmasına, siyasi məhbusların sayının artmasından  narahatlığını bildirərək etiraz edir, adları qeyd olunan və sifarişlə həbs edilmiş digər siyasi məhbusların tez bir zamanda azad olunmasını Azərbaycan hakimiyyətindən tələb edir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar