Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatdan Fuad Qəhrəmanlının mitinq açıqlamasına sərt cavab


“Fuad Qəhrəmanlı Müsavat partiyasi haqqında fikir bildirmək səviyyəsində deyil”


Bunu aznews.az-a açıqlamasında Müsavat partiyasının başqan müavini Səxavət Soltanlı Azərbaycan Xalq Cəbhəsinin sədr müavini Fuad Qəhrəmanlının “Mitinq Müsavat üçün dərs oldu” ifadəsinə münasibətində deyib. O, F.Qəhrəmanlının açıqlamasını hakimiyyətyönümlü mətbuatın münasibəti ilə eyni olduğunu deyib: “Fuad Qəhrəmanlının Müsavata münasibəti ilə “Lider” TV-nin münasibətində heç bir fərqi yoxdur. Bizim bu kimi açıqlamalara vaxt ayırmaq fikrimiz yoxdur. Mitinqin əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini bu istiqamətə yönəltmək idi. Bu məqsədimizə də çatdıq”.

Xatırladaq ki, AXCP sədrinin müavini F.Qəhrəmanlı “Qafqazinfo”ya açıqlamasında mitinqi cəmiyyətin yanlış siyasətə verdiyi qiymət kimi dəyərləndirib: “Bu baxımdan, dünənki aksiya hansısa güc göstərisindən, diqqət cəlb etməkdən daha çox ictimai rəyin Müsavat Partiyasına verdiyi dərs idi. Bu dərsdən nəticə çıxarmaq lazımdır. Nə qədər ki, Müsavat Partiyası hazırki siyasi kursu davam etdirəcək, hakimiyyətin ruporuna çevrilmiş “Yeni Müsavat” qəzetinin əlində bir alətə çevriləcək ictimai rəyin təpkisi getdikcə bundan daha çox olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar