Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatdakı “əlbəyaxa dava“ xəbəri ilə bağlı açıqlama


"Bizim Yol" qəzeti Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclası ilə bağlı xəbər yayıb. Məlumata görə, iclasda başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal yaşanıb, tərəflər bir-birinin ünvanına ağır ittihamlar səsləndiriblər. Daha sonra Tural Abbaslı İsa Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib.


Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən Arif Hacılı bildirib ki, bu, tamamilə əsassız xəbərdir: "Müsavat Partiyasının Divan iclasında və ya hər hansı bir toplantısında bu səviyyədə müzakirələr aparıla bilməz. Belə müzakirələr həmin xəbəri yayanların səviyyəsinə uyğundur". 

Tural Abbaslı da “Qafqazinfo”ya açıqlamasında xəbərin tamamilə uydurma olduğunu bildirib: "Müsavatda bu səviyyədə iclaslar heç vaxt olmayıb. Ola bilsin ki, iclas daxilində Hüseyn Məliklə bağlı hər hansı fikir səsləndirilib. Amma başqanı ittiham etmək xəbəri uydurmadır. Müşavirləri təyin etmək başqanın səlahiyyətindədir. O ki, qaldı namizədlər arasında yayılan xəbərə, bu da əsassızdır. Ola bilər ki, hər hansı texniki bir məsələdə fikirlər üst-üstə düşməsin. Amma bu o demək deyil ki, onlar bir-birinə qarşı belə ifadələr işlədiblər. Kiçik bir məlumat ətrafında uydurma, əsassız və şişirdilmiş bir xəbər yazıblar". 

Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu da AzNews.az-a açıqlamasında partiyada davanın olması xəbərini təkzib edib: Onun sözlərinə görə, mətbuatda avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında baş verənlər və barəsində yazılanlar həqiqəti əks etdirmir: ““Arif Hacılı ilə aramda belə bir konflikt olmayıb və əsla da ola bilməz. Bu yazılanların heç biri həqiqətə uyğun deyil. Sadəcə, bəzi insanlar belə xəbərləri məqsədli şəkildə özlərindən uydurublar. İclas keçirilib və normal şəkildə də davam edib”. 

Q. İbadoğlu iclasda Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Qurani-Kərim”ə and içməsi barədə yayılan xəbərə də aydınlıq gətirib: “Ümumiyyətlə, ortada Quran olmayıb. Mən nə Quran görmüşəm, nə də İsa bəyin ona and içməsini... Bu uydurma və şərdir. Məqsədli şəkildə həm partiyanın funksionerlərini gözdən salırlar, həm də qurultaya kölgə salırlar”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar