Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatda sədrlik uğrunda mübarizə qızışdı


“Hesab edirəm ki, partiya başqanı olacaq şəxs təşkilat üzvləri arasında ayrı-seçkilik yaratmayan, siyasi partiyalar arasında əlaqələri gücləndirə bilən, partiyanın idarə edilməsində elmi prinsiplərə söykənən və s. xüsusiyyətləri olan şəxs olmalıdır. Bu keyfiyyətlər Qubad İbadoğlunda yetərincədir”


Bunu AzNews.az-a açıqlmasında Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib.

O bildirib ki, partiya başqanının kim ola bilməsi barədə Hollandiyada yaşayan müsavatçı Eldəniz Yusifovun dediyi meyarlar çoxdan köhnəlib: “Məgər, partiya başqanı mitinqlərdə döyülmək, tutulmaq üçün seçilir? Əlbəttə bir müsavatçının başqanlığa namizəd haqda fikir söyləmək haqqı var. Amma Eldəniz bəyin açıqlaması bir neçə baxımdan subyektiv görünür. Əvvəla, Eldəniz bəyin dediyi kimi onun səsvermə hüququ və imkanı olmadığından dedikləri təbliğat xarakteri daşımaqdan o yana keçmir. İkincisi, Eldəniz bəyin “Burada yaşayan müsavatçıların əksəriyyəti” deyəndə kimləri nəzərdə tutduğunu bilmirəm. Amma məndə olan məlumata görə xaricdə yaşayan müsavatçıların əksəriyyəti onun fikirlərini bölüşmürlər”. 

Müsavat Partiyasının başqa bir Divan üzvü Tural Abbaslı isə E. Yusifovun fikirləri ilə razılaşdığını bildirib: “Eldəniz bəyin rəyi ilə təbii ki, razıyam. Yeri gəlmişkən mən də başqan postuna namizədəm. Bu mənada başqa namizədi daha uğurlu hesab etsəydim onu dəstəkləyərdim”. 

Xatırladaq ki, Hollandiyada yaşayan fəal müsavatçı Eldəniz Yusifov Müsavat Partiyasının başqanlığa iddialı namizədlərlə bağlı Azərbaycan mediasına qalmaqallı açıqlama verib. 

O bildirib ki, Avropada yaşayan müsavatçıların əksəriyyəti Partiyanın İcra Aparatının rəhbəri Arif Hacılının namizədliyini dəstəkləyir. 

E.Yusifov Qubad İbadoğlunun başqanlığının Müsavata heç bir faydası olmayacağını da deyib. Onun fikirincə, indiki şəraitə - meydanlarda mübarizəyə, həbslərə, fiziki təzyiqlərə Qubad İbadoğlu hazır deyil. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar