Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatda sədr kim olacaq?



Müsavat Partiyasının başqanı Arif Hacılı özünə beş müavin (Gülağa Aslanlı, Osman Kazımov, Nüşabə Sadıqlı, Elman Fəttah, Səxavət Soltanlı) təyin edib


25 oktyabr toplantısında Məclis başqan təyinatlarını təsdiqləyib.

 Beləliklə, Müsavat başqanının müavinlərinin sayı səkkizə çatıb.

Arif Hacılı indiyə qədər 4 nəfəri də müşavir təyin edib.

Arif Hacılı “Yeni Müsavat”a bildirib ki, müavinlərin, müşavirlərin, İcra Aparatında olan vəzifəli şəxslərin təyinatı ilə əlaqədar hər hansı məhdudiyyət yoxdur. Ancaq yəqin ki, təyin olunmuş şəxslərin sayı onların səmərəli fəaliyyət göstərməsinə uyğun olan qədər olmalıdır: “Bu sayı absurda qədər artırmaq olmaz. Yəni qeyri-məhdud sayda vəzifəli şəxslər ola bilməz. Bunda sonra bir neçə müavinin təyin olunması mümkündür”. 

Təyin olunan müavinlərin məsul olacağı sahənin müəyyən olunub-olunmamasına gəlincə, A.Hacılı dedi ki, hər kəsi təyin  edərkən həmin şəxsin hansı funksiyaları həyata keçirəcəyi barədə düşünür: “Vəzifə bölgüsü təyinatları başa çatdıqdan sonra birgə müzakirələrdə çalışacağam ki, hər kəs həyata keçirəcəyi funksiyanı könüllü olaraq üzərinə götürsün”. 

“Təyin edilmiş müavinlərin hamısı Divan üzvüdürlərmi?” sualına başqanın cavabı belə oldu: “Partiyanın Nizamnaməsində müavinlərin Divan üzvü və ya Məclis üzvü olması tələb olunmur. Müavinlərin sırasında Divan üzvü olanlar da, olmayanlar da var”.

Onu da qeyd edək ki, artıq Məclisin ikinci toplantısıdır ki, boş qalan Məclis üzvü yerlərinə seçkilərdə namizədlərin əksəriyyəti yetərli səs qazanmır və nəticədə yerlər boş qalmaqda davam edir. Məsələn, srağagünkü Məclisdə 42 namizəddən cəmi bir nəfər-Gülağa Aslanlı yetərli səs qazana bilib. 32 yer isə boş qalıb. Bəs bu vəziyyət partiya üçün problem yaradırmı?

Arif Hacılı vurğuladı ki, bu vəziyyət partiyanın Nizamnaməsi ilə əlaqədar olan məsələdir: “Partiyanın qurultay səlahiyyətlərinə aid olan məsələlərlə bağlı səsvermələrdə irəli sürülən namizədin Məclis üzvlərinin ümumi sayının əksəriyyətini toplaması lazımdır. Diqqət yetirdinizsə, oktyabrın 25-də Məclis üzvlüyünə, Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlüyünə irəli sürülən namizədlərin bir çoxu 70-80 faiz səs toplamalarına baxmayaraq seçilə bilmədilər. Məclisdə 71 Məclis üzvü iştirak edirdi. Məclis üzvü seçilmək üçün 60 səs toplamaq zəruri idi. Yəni hətta əleyhinə 11 Məclis üzvü səs verən hər hansı bir namizədin Məclis üzvü seçilməsi mümkün deyildi.

Bu məsələ uzun müddətdir ki, Müsavat Partiyasında müzakirə olunur. Qurultay ərəfəsində də bu mövzu ilə bağlı müəyyən təkliflər irəli sürüldü. Çünki həmişə Məclisdə sərbəst Məclis üzvü və MNTK üzvü seçilmək kifayət qədər problemli məsələ olub. Ancaq mən hesab etmirəm ki, bu, partiya üçün ciddi problem yaradır. Belə ki, Müsavat Partiyası Məclisinə artıq 50-yə yaxın sərbəst Məclis üzvü seçilib. MNTK-nın 11 üzvündən 8-i seçilib. İstər Məclis, istər MNTK öz funksiyalarını asanlıqla yerinə yetirmək imkanlarına malikdir”.

“Məclis sədri nə vaxt seçiləcək və başqanın müavini olan şəxsin Məclis sədri olmaq hüququ varmı” sualına isə A.Hacılı belə cavab verdi: “Hazırda Müsavat Partiyasının 119 Məclis üzvü var. Müsavat başqanı istisna olmaqla, onların hər birinin Məclis sədri seçilmək üçün öz namizədliyini irəli sürmək səlahiyyəti var. Əgər Müsavat başqanının müavini Məclisin üzvüdürsə, onun Məclis sədrliyinə namizədliyini sürmək hüququ var. Seçkilər yəqin ki, növbəti Məclisdə keçiriləcək. Məclisin növbəti iclasının keçirilməsi barədə oktyabrın 27-də Divanın ilk iclasında müzakirələr aparılacaq”.

“Məclis sədrliyinə kiminsə namizədliyini irəli sürməyin düşünürsünüzmü” sualını isə A.Hacılı belə cavablandırdı: “Kiminsə namizədliyini irəli sürmək niyyətində deyiləm. Məclisin sədri olmağa layiqli namizədlər çoxdur. Yəqin ki, Məclis ən layiqli namizədi  sədr seçəcək”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar