Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatçılar Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər


Bu gün, iyunun 24-də mərhum prezident, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 78 ili tamamlanır


Bununla əlaqədar Müsavat Partiyasının rəhbərliyi və bir qrup üzvü Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Elçibəyin məzarı üstünə gül dəstələri qoyulub və burada Azərbaycanın himni oxunub.

Daha sonra Müsavat başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, İstiqlalçı millət vəkili İsgəndər Həmidov, Bütöv Azərbaycan Birliyinin təmsilçisi Aqil Səmədbəyli çıxış ediblər.

1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Elçibəy 1960-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə çalışıb, sonra Bakıda elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

1975-ci ildə antisovet təbliğatında günahlandırılaraq həbs edilib. 1977-ci ildə həbsdən buraxılandan sonra Əlyazmalar İnstitutunda işləyib.

1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib. 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. 1993-cü ildə hərbi qiyam yolu ilə hakimiyyətdən devrilib.

1997-ci ildə paytaxta dönən Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də vəfat edib.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar