Müsavat partiyasının gənclər təşkilatına yeni müvəqqəti sədr seçilib.
“Qafqazinfo”nun məlumatına görə, yeni sədr xanım müsavatçı Səma Qəbulova olacaq. Səma Qəbulova özünün facebook hesabında qeyd edib ki, onun müvəqqəti sədrliyi ilə bağlı səsvermə sabah keçiriləcək.
Qeyd edək ki, təşkilatın keçmiş sədri Əhliman Abbas oktyabrın 12-də istefa verərək partiya sıralarından gedib.