Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat qurultayı Əmircanda keçirəcək


“Şadlıq sarayları ilə aparılan danışıqlarda hələlik bir nəticə əldə olunmayıb”


 Bunu Modern.az saytına Müsavat Partiyası başqanlığına namizəd Arif Hacılı deyib. O bildirib ki, buna görə  Müsavat Partiyası qurultayını Bakı Şəhər İcra Hakimiyyətinin onlara ayırdığı Əmircandakı Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirəcək:  “Müsavat Partiyasının səkkizinci qurultayı Əmircanda keçiriləcək”.

Qeyd edək ki, Müsavat Partiyası 2010-cu ildən bəri qurultay keçirə bilmir. Partiya qurultayın ləngiməsini Bakı meriyasının uyğun yer ayırmaması ilə əlaqələndirirdi.    
Axırıncı dəfə Bakı meriyası Əmircandakı sözügedən məkanı qurultay keçirmək üçün Müsavata təklif edib.

Partiya bununla razılaşmayıb və şadlıq sarayları ilə danışıqlar apararaq tədbirlərini onlardan birində keçirmək qərarına gəlib. Lakin görünür, şadlıq sarayları Müsavata yer verməkdən imtina edib, ya da tərəflər razılığa gələ bilməyiblər.  

Sentyabr ayının 27-də keçiriləcək qurultayında Müsavata yeni başqan seçiləcək.  Tural Abbaslı, Səxavət Əlisoy, Arif Hacılı və Qubad İbadoğlu başqanlığa namizəddir.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar