Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat Riqa sammitinə dair bəyanat yayıb


Müsavat Partiyası Azərbaycan hökümətinin Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” təşəbbüsünün Riqa Sammitində ən yüksək səviyyədə təmsil olunmaqdan imtinasını dövlətimizin strateji maraqlarına vurulan zərbə hesab edir. Bu barədə partiyadan daxil olan bəyanatda bildirilir


Müsavatın bəyanatından qeyd olunur: "2009-cu ildə qoşulduğumuz “Şərq Tərəfdaşlığı” təşəbbüsü Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri əvəzinə yeni assosiasiya sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin, azad ticarət zonasının yaradılması, həmçinin viza rejiminin tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha geniş əməkdaşlığın həyata keçirilməsi və ölkəmizin maraqların əks etdirən digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır. 

“Şərq Tərəfdaşlığı” təşəbbüsü Azərbaycanın Avropaya inteqrasiyasına geniş imkanlar açsa da, geridə qalan müddət ərzində rəsmi Bakı demokratiya, siyasi islahatlar və üzərinə götürdüyü digər öhdəliklərlə bağlı heç bir addım atmayıb. “Şərq Tərəfdaşlığı” çərçivəsində yaradılan parlament birliyinin rəsmi sənədində də deyilir ki, bu proqramın tərəfdaşları gələcəkdə Avropa Birliyinə üzv ola bilərlər. 

Aİ ilə əlaqələrin genişlənməsinin ölkədə demokratik azadlıqların inkişafını zəruri edəcəyindən çəkinərək dövlətimiz üçün belə uğurlu imkanlardan maksimum faydalanmaq əvəzinə, şəxsi hakimiyyət maraqları naminə bu imkanları geri çevirmək yolverilməzdir. 

Bir neçə gün öncə Müsavat Partiyası yaydığı rəsmi açıqlamasında Aİ-nin Riqa Sammitində Azərbaycan dövlətinin iştirakı ilə bağlı bəyan edib ki, müstəqilliyin bərpası zamanı elan olunduğu kimi, Azərbaycan öz inkişafını və Milli Təhlükəsizliyini Avrointeqrasiyada görür. Bu baxımdan, Avropaya inteqrasiya siyasəti Azərbaycan Respublikasının xarici siyasətinin nəinki əsasını, tamamını ehtiva etməlidir. Müsavat Partiyasının mövqeyi budur ki, hakimiyyət Riqa toplantısında ən yüksək səviyyədə təmsil olunmalı, dövlətin Avrointeqrasiya seçimini aydın və qəti şəkildə ortaya qoymalı, rəsmiləşdirməlidir. 

Riqa Sammitinin yekununda ”Şərq Tərəfdaşlığı" siyasətinin yaxın iki il üçün əsas istiqamətlərini müəyyənləşdirən Bəyannamə imzalanacaq. Belə bir məqamda Azərbaycan hakimiyyətinin, konkret olaraq dövlət başçısı İlham Əliyevin Aİ-nin Riqa Sammitində əvvəlcədən elan edilmiş protokol üzrə ən yüksək səviyyədə iştirakdan imtinası, xüsusilə də bu imtinanı Rusiya Xarici İşlər Nazirliyinin sammitlə əlaqəli 6 ölkəyə ünvanlanan hədəsi fonunda Kremlin leksikonuna sinxron olaraq “son zamanlar Qərbdə Azərbaycana qarşı qərəzli kampaniyanın həyata keçirilməsinə, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin geniş anti-Azərbaycan fəaliyyətinə etiraz” iddiası ilə əsaslandırması, Azərbaycanın Rusiyanın köləliyinə sürükləndiyini göstərir.

Müsavat Partiyası Azərbaycan hakimiyyətinin Aİ-nin Riqa Sammitinə etinasızlığını və Aİ-Azərbaycan arasında imzalanan çoxsaylı əməkdaşlıq müqavilələrinə sərgilədiyi münasibəti dövlət maraqlarına və milli təhlükəsizliyimizə qarşı atılan addım hesab edir. Bunu Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioriteti kimi elan olunan Avrointeqrasiya xəttindən imtina yolunda dövlətimizin strateji seçiminə vurulan zərbə, eyni zamanda, Rusiyanın ekspansiv hədələri qarşısında növbəti siyasi iradəsizlik sayır. 

Müsavat Partiyası dövlətimizin strateji seçimindən, Avrointeqrasiya xəttindən uzaqlaşdırılması yolunda atılan silsilə addımların yolverilməz olduğunu, belə siyasətin milli təhlükəsizliyimizi təhdid etdiyini bir daha bəyan edir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar