Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat Partiyasından Fərəc Kərimli ilə bağlı bəyanat


Müsavat Partiyası şərlənərək həbs edilən, vicdan məhbusu, Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı bəyanat yayıb


PİA.AZ-a daxil olan bəyanatda deyilir:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi hakimiyyət tərəfindən şərlənərək həbs edilən, vicdan məhbusu Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli haqqında heç bir qanuni əsas olmadan ağır cəza 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsi barədə hökm çıxarıb. 

Dəlil və subutlara əsaslanmayan bu hökm Azərbaycanda ədalət mühakiməsi sisteminin mövcud olmadığını bir daha təsdiq edib. 

Müsavat Partiyası məhkəmənin siyasi sifariş əsasında qəbul etdiyi bu qərarı hakimiyyətin repressiya siyasətinin davamı hesab edir. Məhkəmənin bu hökmünü vətəndaşları siyasi fəaliyyətdən çəkindirmək, cəmiyyətdə xof yaratmaq üçün daha bir cəhd kimi qiymətləndirir. 

Məcburi köçkün həyatı yaşamağa məcbur olan, gənc siyasətçi Fərəc Kərimliyə qarşı həyata keçirilən bu haqsızlıq Azərbaycan hakimiyyətinin fərqli düşünənlərə qarşı amansız münasibətini nümayişidir. 

Müsavat Partiyası siyasi motivli həbslərə və məhkəmə hökmlərinə son qoyulmasını, vicdan məhbusu Fərəc Kərimlinin və digər siyasi məhbusların qeyd-şərtsiz olaraq dərhal azadlığa buraxılmasını tələb edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar