Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat 73 dairədən deputatlığa namizədini müəyyənləşdirdi


Müsavat Partiyası noyabrda keçiriləcək parlament seçkilərinə hazırlaşır


Bunu Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, artıq partiyanın 73 dairədən namizədləri müəyyənləşib: “Partiyamız seçkilərə hazırlaşır. Seçkilərdə iştirak etmək haqda qərar var. Mərkəzi Seçki Komissiyası qanunun tələblərinə uyğun olaraq seçilərlə bağlı elan verdikdən sonra Müsavat öz Məclisində namizədlərini dairələr üzrə təsdiq edəcək. Kimsə Müsavatın seçkilərdə iştirak etməyəcəyini, bu hakimiyyətin apardığı siyasətin yanlış, xalqa zidd olduğu haqda fikirlər səsləndirməyəcəyini düşünürsə, yanılır. Müsavat həmişəki hakimiyyətlə mübarizənin önündə olub. Bundan sonra da öndə addımlayacaq. Seçkilərin azad, ədalətli və demokratik keçirilməsinə çalışacaq. Söz isə təbbi ki, xalqın olacaq.
Artıq 73 dairədən namizədlər dəqiqləşib. Qalan dairələrdə isə namizədlərlə rayon təşkilatları arasında bu məsələnin razılaşdırılması prosesi davam edir. Avqustun sonuna kimi vaxt var”.

Gülağa Aslanlı qeyd edib ki, özünün strukturları ilə Azərbaycanın bütün ərazisini əhatə edən 2-3 partiya varsa, onlardan biri də Müsavatdır:

“Kimin nə deməsindən asılı olmayaraq, Müsavat Azərbaycanda müxalifətdə olan ən güclü partiyadır. “Müsavat legitim deyil” deyənlərin sadəcə siyasi savadı yoxdur və siyasi əxlaqı zəifdir. Çünki Müsavat 2014-cü ildə özünün növbəti qurultayını keçirib. Qurultaydan sonra da lazımi sənədləri qanunauyğun şəkildə Ədliyyə Nazirliyinə təqdim edib. Ədliyyə Nazirliyi də partiyanın təqdim etdiyi bütün sənədləri təsdiqləyib.  Müsavat kimi qurultay keçirə bilən 2-ci bir partiya yoxdur. İqtidarda və ya harada olmağından asılı olmayaraq, buyurub gəlib Müsavatın təcrübəsini öyrənsinlər. Bizim partiyada bütün seçkili orqanlara seçkilər gizli səsvermə ilə keçirilir. O cümlədən də başqan seçkisi də gizli səsvermə ilə keçirildi. Qurultayda da biz bunu bütün dünyaya nümayiş elətdirdik. 
Müsavat sübut elədi ki, seçkiqabağı mühit, təbliğat üçün şərait də yarada, seçkilərin nəticələrini internet vasitəsilə bütün dünyaya yaya da bilir. Bunu təkrar edə bilən varsa, buyursun”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar